Şarmazanov: “Bu, Paşinyanın yalanlarının qeydə alınması sənədidir”

2019/02/14547-1549535472.jpg
Oxunub: 6131     14:51     07 Fevral 2019    
Ermənistanın Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov hökumətin proqramı ilə tanış olub və öz mövqeyini təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Şarmazanov proqramı Paşinyanın yalanlarının qeydə alınması sənədi olduğunu söyləyib.

“Bu, proqram deyil, bu hətta sağlıq belə deyil, bu, Paşinyanın yalanlarının qeydə alınması sənədidir. “Duxov” hakimiyyətinin proqram layihəsi ilə tanış oldum. Kədərli, qeyri-müəyyən, hər hansı irəliləyiş addımı ifadə etməyən sözlər toplusudur. Hanı sıçrayış inkişafı, hanı sərmayə axını, hanı sehrli çubuq, hanı kasıbçılığın kəskin azalması, hanı iş yerlərinin yaradılması, hanı iqtisadi inkişafın yüksək təkanı, hanı əmək haqlarının və təqaüdlərin kəskin artırılması? Yoxdur...
Ancaq butün bunları Nikol, əhaliyə vəd etmişdi elə deyil?”, - deyə o qeyd edib.

Şarmazanov bildirib ki, Paşinyan bunları vəd etsə də, tam tərsini həyata keçirib və nəticə birdir. O, gələcəkdə populizm və yalanlar zəncirinə daha ətraflı qayıdacağını əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Respublikaçılar  


Bizi "telegram"da izləyin