Gümrüdə hərbi hissənin ərazisi əyləncə zonasına çevriləcək - FOTOLAR
Oxunub: 24662
14:20
07 Fevral 2019
Ermənistanın Gümrü şəhərinin kənar yaşayış ərazisi keçmişdə xüsusi mühafizə olunan yer olub. Burada ərazisi 21 hektar olan məşhur “Urri Alayı” hərbi hissəsi yerləşirdi.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 10 il əvvəl bu ərazi yerli icra orqanlarının tabeliyinə verilsə də, heç bir məqsədə xidmət etməyib.
Son aylar bu ərazi yenidən diqqət çəkib. Bu əraziyə “A və V dostları” şirkəti maraq göstərib. Onlar ərazini istirahət zonasına çevirmək, göllər və fırlanan bağlar yaratmaq niyyətindədirlər.
Belçika şirkəti olan “Nayker” isə ərazidə müasir restoran kompleksi inşa etmək fikrindədir.
Layihə müəlliflərinin eyni qaydada turist şirkətləri də var. Avropanın turizm şirkətləri ilə əlaqələrinin olduğu, 1 milyon avro sərmayə qoyulması niyyəti və əsas iş yerlərinin yaradılmasının planlaşdırıldığı bildirilir.