Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində Ermənistan nümayəndə heyəti Litvanın müdafiə qərargahı rəisi general-mayor Vitalius Vaysknorasla görüşüb.
Görüşdə, Ermənistanda çavuş sisteminin yaradılmasında Litvanın dəstəyi vurğulanıb.
Erməni nümayəndə heyəti Litva silahlı qüvvələrinin məşğələlər və doktrina komandanlığının rəhbəri briqada generalı Qintautas Çenkeviçiusla, təhsil müəsssisəsinin rəisi polkovnik Eqidius Varvelislə görüşüb.
Alpər Mövludoğlu
Ordu.az