“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

2019/02/obstr-1549528463.jpg
Oxunub: 3694     12:31     07 Fevral 2019    
Söhbət mövzusu dövlət, vətən olduqdan sonra gerisi təfərrüatdır. Amma özünü fərqli, ağıllı göstərmək istəyən bəziləri bu kəlmələrdən narahat olaraq dövlət və hakimiyyət anlayışları fərqlidir deyə araya bir çomaq soxmağa çalışır. Əlbət, biz də o fərqləri bilirik. Bəs, bu narahatlıq nədir?

Dövlət, Azərbaycan naminə hər hansı məsələ ortada olduqda siyasi fərqlər, mövqelər qoyaraq rəqibin zəif damarlarını tutmaq və ya hər hansı uğursuzluğa sevinmək - bundan yararlanmağın adı xəyanət deyil, nədir? Bu, zehinsəl sevinc olsa da məqam düşdükdə əmələ çevrilə bilən xislətdir.

Dünyada yeni müstəqillik qazanmış, daha doğrusu Soyuq Müharibədən sonra doğulan ölkələrdə incəsənət adamlarının bəzilərində bəşəri bir çiçək çırtlayıb cücərməyə başlayıb. O çiçəksə kosmopolit, vətənsiz, yalnız maddi marağa, şöhrətə, mükafatlara köklənmiş olur.

Adətən Qərb və digər hegemon dövlətlərin “podvallarında” əkilən humanizm çiçəyi ürəyə fərəhlik gətirən, sevgi deyil, xəyanət qoxusu verir.

Kütləyə təsir etmə gücünə görə, daha çox ədəbiyyat, mədəniyyat adamlarını əhatə edən, qrant, QHT-lər formasında, ən azından fərqli yanaşmanın məşhurluq gətirəcəyi hərisliyi satqın zehniyyət üçün heç də vazkeçilməz deyil. Özünün tarixi qanunauyğunluğunu keçən dövlətlər üçün dünya bazarında “istedadlı”, ürəyi “bəşəri sevgiylə” dolub daşan yazar “kruq”larını, medialarını yaratmaq dünya düzənində öz maraqlarını yeritməkdə önəmli rol oynayır. O dövlətlər ki, özləri həmin vəziyyətlə üzləşdikdə terrorizmlə mübarizə, “haqq savaşı” uğrunda ağla gəlməyən silahlardan istifadə etməyə hazırdır və ya istifadə edir də.

Bizim ara-sıra gözə dəyən satqın zehniyyətli yazarlar da başqa ölkələrdəki terrorizmdən nədənsə ağız dolusu danışır, bəşəriyyət üçün düşmənçiliklərindən bəhs edir. İcazəsi olsa özü döyüşər, amma Qarabağdakı terrorizmdə nədənsə erməninin anasının, bacısının halına yanan olur.

Böyük dövlətlərin rəsm vərəqləri üzərində uşaq dəcəlliyi ilə cızılmış siyasi, münaqişə xəritələrinin oyuncağı belə deyil, oyuncağının əl çalanı rolunu oynamaqdan qürur duymaq xaraktersizlikdir. Bu gün bir çox hallarda Qarabağ ətrafında baş verən döyüşlərdə humanizm bayrağı altında insan sevgisindən danışanlar Qərbin, müstəmləkəçi dövlətlərin şair və yazıçılarının, incəsənət adamlarının diliylə danışırlar. Əvvəla, hətta həqiqət olsa belə torpağı işğal altında olmayan, müəyyən siyasi gücə sahib olduğu ölkənin yazarı təbii ki, bəşəri ilkələrdən danışacaq, dövlətinin qol qoymadığı bütün müharibələri insanlıq düşməni adlandıracaq. Amma öz durumlarında, mövzu öz dövlətinin maraqları olduğu halda nə edirdilər? Elə bizim “humanistlərin” istinad etdiyi şəxslərdən başlayaq.

Okean balıqları heç də dəniz balıqlarını sevgidən udmur.

Dünyaca orta məşhurluğu olanlardan deyil, dünya ədəbiyyatına öncüllük edənlərdən bir neçəsinə barmaq qatlayaq.

“Səfillər” kimi böyük əsərin müəllifi Viktor Hüqo Fransa-Prussiya müharibəsi zamanı etdiyi çağırışları sadə, vətənsevər bir əsgərdən seçilmir. Prussiya işğalı zamanı o, az qala ev-ev gəzərək Fransa üçün əsgər toplayırdı. Qoy, hər bir fransız evini qurban versin, amma bu cür rəzalətdən xilas olaq, torpaqlarımızı işğaldan azad edək deyirdi. Bəli, bu rahat vəziyyətdə evdə çay içə-içə sizə pafoslu görünə bilər, amma Hüqo bu vətənsevərliyi hansı durumda edirdi? Bir də ona baxaq.

1851-ci ildə Fransada ikinci respublikanın süqutu, III Napoleonun özünü imperator elan etdikdən sonra Hüqo Belçikaya qaçdı, bir növ sürgün, indiki anlamıyla mühacirət həyatı yaşadı. London və digər şəhərlərdə də yaşayan yazıçı ən böyük və dünyada sevilən əsərlərini həmin zaman yazdı. Eləcə də “Səfillər”i. Nəzərə alsaq ki, Fransa imperatoru fransız xalqını almanlar qarşısında rüsvayçılığa düçar etmiş, fransız xalqının qürurunu qırmışdı. Belə çıxır ki, siyasi münasibətlərə, bəzi xəyanətlərə görə, istedadlı kəsmlər də Fransaya xəyanət etməli idi?

Bu cür dühanın, 20 illik mühacirətin acığına hakimiyyətlə münasibətlərə görə Prussiya tərəfindən döyüşməsi lazım idi? Yoxsa, sizlər kimi işğalçı Prussiya ordusunun əsgərlərinin də anası, bacısı, gözləyəni var deyə güllə atmamağa çağırış etməli idi?

Mühacirlik heç də düşmənlə barışa çağırış əməli sayılmamalıdır.

Fransa mədəniyyəti, centlmenliyi deyib keçək. Sizə xoş olmaya bilər bunlar. Qanında müəyyən qədər şərq qanı axan, sevimli şairimiz Puşkin necə? Hər nə qədər çarizmə qarşı xoş olmayan münasibətinə baxmayaraq, Puşkin də öz daxilində böyüklüyünü rus imperializmə borclu sanır. Qafqazın nə qədər yüksəkliyindən, ucalığından bəhs etsə də özünün ayaqları altında olduğunu bildirən Puşkin imperiyanı həm də özününkü, öz mənliyi sayırdı.

Və ya Dostoyevskinin türk millətinə necə yanaşmasını anlatmağa ehtiyac yoxdur. Bəşəri sevgidə, humanizmdə bəs, bütün millətlər bərabər idi? Humanizmdə kiminsə kimisə kiçik görməsi deyilən bir şey yox idi?

Çünki imperiyan, dövlətin başqasıyla savaş ortamındadırsa, bir əsgər və ya bir vətəndaş, lap olsun, bir yazar kimi sənin mövqeyin olmalıdır. O da eynilə bu mövqeyi sərgiləyir, hətta haqsız olmasına baxmayaraq, yenə də özünün imperiyası sayırdı.

Tamam, oturuşmuş, min illərin yerli dövlətlərindən, vətən anlayışı qanlarına kimi hopmuş dünya dahilərinin fəaliyyəti, çağırışları sizi qane etməyə bilər. Onda yeni dünyaya keçək.

Çoxlarının, eləcə də bizim kosmopolit, digərlərinə lağlağı, geri qalmış kimi yanaşdığı, sığındığı Heminquey. Bir yazarı İspaniyadakı müharibə niyə cəlb etsin? Bir yazarın daxili dünyasından əlavə bu həm də ideyalar üzərindən qloballaşmaq üzrə olan dünyanın savaşı idi. Bəli, yazıçı vətən uğrunda olmaya da bilər, amma ideyası uğrunda savaşırdı. Məhz savaşırdı. Əlində gül-çüçək qadın kimi araya yaylığını atmırdı. Əmin olun ki, onun ideyaları, ideyasının qalib gəlmək istəyi olmasaydı, o da bəşəri sevgidən dəm vuracaqdı. Burada məqsəd heç də Frankoya dəstək vermək deyil. Elə Heminqueyin dəstəklədiyi qüvvələr də Frankodan fərqli olmayaraq, 300-400 min aralığında ispanı öldümüşdü. Onlar heç də hamısı döyüşçü deyil, bir çoxu dinc sakinlər idi.

Dünya savaşında və digər önəmli savaşlarda hər tərəfdən şair, yazıçıların cəbhəyə cəlb edilməsi, öndə və arxada ruh yüksəkliyi uğrunda çalışması heç də hamısı məcburi deyil. Şair, yazıçı əsərlərində ən öndə məsələ kimi insanılığı və humanizmi qoymalıdır. Amma bu əməli fəaliyyətdə, çağırışlarda xəyanət rolunu oynamalı deyil. O həm də vətəndaşdır!

Bu gün Azərbaycanda bir neçə misranı ard-arda düzüb özünün yüksək təlatümlərindən danışanlar yapon ədəbiyyatının şeir ustadlarının az qala kamikadze olmaq istəyindən danışmaqla tarana aparmaq istəməzdim.

Yalnız bir neçə sərfedici misal göstərə bilərlər ki, o da öz ölkəsindən minlərlə km uzaqda bütün dünyanın qəbullandığı işğala görə ola bilər. Məsələn, Vyetnam, Əfqanistan kimi.

Dünyanın üst sırlarında oturmağa qərar vermiş yazarlardan yüzlərlə misal çəkmək olar.

Sanki belə “humanizm”lə dünya göyrəti dəstəsi kimi bunlara Nobel mükafatı paylayacaq deyə düşünənlərə isə Allah, ağıl fikir versin deyirəm.

O ki, qaldı müharibələrin oyun olmasına, zatən, bütün müharibələr kiminsə oyun oynamaq havasından, eqosundan, öz ideyalarını daha üstün irəli görməsindən doğur. Güclü şəxsiyyətlər, güclü dövlətlər də öz yerində.

Lap tutaq ki, belədir, kimlərinsə sənin evinlə oyun oynamaq istəyinə görə, evini (vətənini) tərk etməlisən ya qorumasız buraxıb təhvil verməlisən? Əksinə, oyunu pozmalısan. Haqsız savaşa qarşı haqla savaşmalısan.

Bu “bəşəri” yazarlar, erməninin anasını, bacısını düşünənlər halbuki öz maraqları, maddi nemətlər, vəzifə hərisliyi, araq qonaqlığına görə həmkarlarının başını istəyəcək adamlardır. Qarabağ, Vətən uğrunda erməni sevdası, insana sevgisindən danışlanlar özünün iki sot torpağına görə baş kəsər, böhtan atmağa hazırdırlar. Buradan nə qədər insan sevgisinə sahib olduqları aydın görünür.

İstedadlı adamlara qarşı münasibətlərinə, yazılara, fəaliyyət dairəsinə baxsanız bunu daha yaxşı görə bilərsiniz.

Qarabağda səngərdə duran erməni əsgərlərinin məcburiyyətini düşünən, onların halına yanan, ailəsini düşünən “bayraqdar”larımıza gəldiksə isə, pulla hərbi bilet ala və ya imtina edib həbs yata bilərlər. Bəs, bu məcburiyyətin arxasında həm də nə dayanır?

Bir Azərbaycan əsgərini vurmaq onlar üçün məzuniyyətdir, mükafatdır, gələcəkdə Ermənistanda hansısa statusa malik olmaq, yüksəlməkdir. Onların bu istəyini, Azərbaycan torpaqlarında azərbaycanlıya güllə atmasını daha heç bir bəşəri ideologiyaya sığdıra bilməzsiniz.

Ali Baş Komandanın dediyi kimi “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

Emin Piri
Yazı Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Azərbaycan-ordusu  

“Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!”

2019/02/obstr-1549528463.jpg
Oxunub: 3695     12:31     07 Fevral 2019    