MN-in dəstəyi ilə Albert Aqarunovun xatirəsinə klip çəkildi - VİDEO

2019/02/96339-1549526870.jpg
Oxunub: 16416     12:04     07 Fevral 2019    
Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə gənc azərbaycanlı müğənni Dua Murad Milli Qəhrəman Albert Aqarunova həsr olunmuş "Vətən övladı Albert" adlı klip çəkdirib. Klipdə, həmçinin İsraildə yaşayan Milli Qəhrəmanın qardaşı - Rantik Aqarunov da yer alıb.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.

Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayır. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib.

1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.

Ordu.az Albert Aqarunovun xatirəsinə həsr olunmuş klipi təqdim edir.


Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albert-Aqarunov   Klip  


Bizi "telegram"da izləyin