Ordu.az xəbər verir ki, bu barədə "Sasna Tsrer" partiyasının üzvü Qaregin Çuqaszyan erməni KİV-lərinə açıqlamasında deyib.
Onun sözlərinə görə, istənilən vəziyyətdə danışıqlar aparmaq lazımdır.
"Hətta müharibə zamanı rəqiblər danışıqları qoruyub saxlayırlar. Baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin son görüşlərində heç bir mənfi xüsusiyyət yoxdur", - deyə o bildirib.
O qeyd edib ki, "Sasna Tsrer" partiyası Paşinyan hökumətini danışıqların gedişatından xalqı xəbərdar etməyə çağırır.
Alpər Mövludoğlu
Ordu.az