Paşinyan öz məsləhətçisini Qarabağa göndərib: Problem nədir?

2019/02/ara14-1549520803.jpg
Oxunub: 15262     10:32     07 Fevral 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan öz məsləhətçisi Yeğişe Kirakosyanı 6-7 fevral tarixlərində Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılan qondarma qurum nümayəndələri ilə görüşmək üçün Qarabağa ezam edib.

Ordu.az xəbər verir ki, Paşinyanın məsləhətçisi Yeğişe Kirakosyanın Qarabağa ezam olunması ilə bağlı məlumat Ermənistan hökumətinin rəsmi saytında yerləşdirilib.

Məlumata görə, Yeğişe Kirakosyan Qarabağa Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən Ermənistan hökumətinə göndərilən yurisdiksiyaya dair şikayətlərin nəzərdən keçirilməsi məqsədilə göndərilib.

Ermənistanın sabiq baş prokuroru AİHM-də və nazirlər komitəsində Ermənistanın keçmiş nümayəndəsi Qevork Kostanyan bu günlərdə bəyan edib ki, Azərbaycan Ermənistana qarşı Qarabağ münaqişəsi kontekstində 50 milyard dollar dövlətlərarası iddia qaldırmağa hazırlaşır.

Görünür, Ermənistan rəhbərliyi təşvişə düşərək Kirakosyanı məhz bu səbəblə Qarabağa göndərib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin