Ermənistan MN-in yük avtomobili qəza törədib - Sürücünün ayağı sınıb (FOTOLAR)

2019/02/Vtar_-6198070236.jpg
Oxunub: 5377     09:30     07 Fevral 2019    
Dünən saat 13:00 raədlərində Ermənistanın Tavuş vilayətinin Berd bölgəsinin Tavuş kəndi yoxuşlarında Ermənistan Müdafiə Nazirliyinə aid olan "Kamaz" markalı yük avtomobili yolun hərəkət hissəsindən çıxaraq qəzaya düşüb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, saat 18:00 radələrinədək yolun həmin qəza baş verən hissəsi bağlı olub. Əraziyə cəlb edilən qaldırıcı kran yük avtomobilini yolun hərəkət hissəsinə qaytarılıb. Əraziyə çoxlu sayda hərbçi cəlb edilib.

Əraziyə toplaşan mülki şəxslərin dediyinə görə, Ermənistan Müdafiə Nazirliyinin ərzaqla dolu yük avtomobili Tavuş kəndi istiqamətinə enərkən sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində qəza baş verib.

Bildirilir ki, sürücünün ayağı sınıb. Qəzaya düşmüş yük avtomobilindəki ərzaq başqa avtomobilə yüklənib. Zədələnmiş yük avtomobili başqa bir avtomobilə yedəklənərək Vanadzor şəhərinə təxliyyə edilib. Daha sonra yolda hərəkət bərpa edilib.




Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza   Yaralı  


Bizi "telegram"da izləyin