Azərbaycan hərbçiləri beynəlxalq qış təliminə hazırlaşır - FOTOLAR+VİDEO

2019/02/afd61-4648415133.jpg
Oxunub: 13972     20:46     06 Fevral 2019    
Beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yollanan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərinə başlayıblar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimdə iştirak edəcək hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki poliqonda, digər bir qrupu isə Kayseri şəhərində paraşütçü komandolar hazırlayan mərkəzdə məşqlərə cəlb ediliblər.

Sərt iqlim və çətin relyef şəraitində döyüş əməliyyatlarının aparılması tapşırıqlarını yerinə yetirəcək heyətlər məşqlərdə fəallıqları ilə seçilirlər. Məşqlər zamanı bölmələrin ərazidə məskunlaşma qabiliyyətləri və təchizatları da yoxlanılır.






Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏÜO   Azərbaycan   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin