Ordu.az xəbər verir ki, məruzədə münaqişə, keçmiş SSRİ ərazisində ən təhlükəli və gözlənilməz münaqişələrdən biri adlandırılıb. 2016-cı ilin aprel ayında baş verən toqquşmanın isə tərəflərin münaqişəni hərbi yolla həll etməyə hazırlıqlı olmalarının ortaya çıxardığını qeyd ediblər.
Bu gün məsələ ətrafında məruzənin həmmüəllifi olan Qeğam Bağdasaryanın iştirakı ilə müzakirə keçirilib. O, məruzənin bu mərhələdə zəruriliyindən, prosesdə tətbiq edilə biləcək əsas addımlardan danışıb.
“Biz insanların təəssüratını araşdırmağa çalışmışıq, təhlil etmişik və münaqişə tərəfi olan cəmiyyətlərə təqdim etməyə cəhd edirik. Bilmək istəyirik ki, bizim təkliflərimizə necə yanaşırlar. İlk növbədə məlum olub ki, münaqişə tərəfi olan cəmiyyətlərdə kifayət qədər tənqidi yanaşma düşüncəsi artıb. Münaqişə cəmiyyətlərində sülh bir məqsəd olaraq hiss edilmir, sadəcə vasitə kimi baxılır", - deyə o qeyd edib.
Bağdasaryan, sərhədyanı yaşayış məntəqələrinin sakinlərinə qarşı münasibətə də toxunub.
"Münaqişə zonalarında indi müharibə yoxdur, yalnız sərhəddə hadisələr olur, arada bir insanlar ölür, deyə danışılması qəbul olunan hal var. Bir sözlə münaqişə yükü bərabər şəkildə bölüşdürülməyib. Münaqişəyə görə qiyməti ən çox bu insanlar ödəyir", - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az