Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq Kənd Təsərrüfatı naziri “Daşnaqsütun” partiyasının üzvü Artur Xaçatryan KİV-lərə açıqlamasında danışıb.
Xaçatryanın sözlərinə görə, nazirliklər ixtisara salındıqdan sonra minlərlə vətəndaş işsiz qalacaq və sosial problem yaranacaq. O, ixtisar edilmiş insanların nə edəcəyinə dair sual edir. Dövlət bu insanlardan istifadə edib, indi isə mənə lazım deyil deyib, çölə atır.
“Nazirliklərin ixtisara salınmasından başqa siyasi sahədə güc strukturlarının statusu məsələsi də müzakirə edilir. Xüsusilə “İşıqlı Ermənistan” fraksiyası təklif edir ki, Milli Təhlükəsizlik Xidməti və polisi Nazirliyə çevirsinlər. Lakin hakimiyyətin sözlərinə görə, bu güc strukturlarının mülkiləşdirilməsinə gətirib çıxaracaq. “Mənim addımım” fraksiyası da super Baş Nazirlik sistemindən imtina etməyə hazırdır. Fraksiyanın fikrincə, güc strukturları Baş nazirin tabeliyindən çıxarılmalı, hökumətin və yaxud parlamentin nəzarəti altında olmalıdır. Super Baş nazir sistemi yenidən qurulmalı və normal Baş Nazirlik sistemi yaradılmalıdır. Yəni güc strukturları hökumətə tabe olmalıdır. Baş Nazirlik sistemindən imtina edilməlidir və güc strukturları hökumətə tabe olmalıdırlar.
Mülkiləşdirilmənin əsaslandırılması anlaşılan deyildir. Müdafiə Nazirliyi mülkiləşdirilə bilər, ancaq polis yox? Belə olan halda Müdafiə naziri mülki şəxsdir, hərbçi deyildir. Polis və Milli Təhlükəsizlik Xidməti hökumətin tərkibində olmalıdır. Super Baş Nazirlik sistemi, yəni güc qurumları hökumətə tabe olmalıdır. Mülkiləşdirilmənin əsaslandırılması aydın deyil. Polis və Milli Təhlükəsizlik Xidməti hökumətin tərkibində olmalıdır. Ona görə ki, hökumət qarşısında cavabdehlik daşımalıdır və bu yolla həm də parlament qarşısında məsuliyyət daşıyar”, - deyə Artur Xaçatryan vurğulayıb.
Qeyd edək ki, yaxın vaxtlarda Ermənistanda hökumətin struktur dəyişikliyi layihəsi parlamentə göndəriləcək. Bu qanun layihəsində nazirliklərin sayının 17-dən azaldılaraq 12-yə endirilməsi nəzərdə tutulur.
Alpər Mövludoğlu
Ordu.az