"Azərbaycan təklif edir, Ermənistan isə inkar edir" - İsgəndəryan

2019/02/45645-1549371471.jpg
Oxunub: 9224     17:50     05 Fevral 2019    
"Azərbaycan atılacaq addımlar təklif edir, erməni tərəfi isə inkar edir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qafqaz institutunun direktoru, erməni politoloq Aleksandr İsgəndəryan jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi zamanı gərginliyin vaxtaşırı azalması və artması yenilik deyil.

"Azərbaycan atılacaq addımlar təklif edir, erməni tərəfi isə inkar edir. Ermənistan və Azərbaycanın nail olmaq istədiyi məqsədlər olduqca fərqlidir", - deyə o qeyd edib.

O, cəbhədə vəziyyətin nisbətən sabit olmasının da nə dərəcədə ciddi olduğunu söyləməyə çətinlik çəkib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   İşğal  


Bizi "telegram"da izləyin