"ABŞ üçün bölgədə hərbi əməliyyatların bərpası arzuolunan ssenari deyil" - Sarkisyan

2019/02/23545-3099241526.jpg
Oxunub: 19989     16:56     05 Fevral 2019    
"Əgər Qarabağ məsələsinin nizamlanmasında ABŞ-ın mövqeyinə baxsaq, o zaman qısa məzmun belə olar: problemi müharibə olmadan necə arzu edirsiniz, elə də həll edin. Yəni istənilən prinsip əgər müharibə əməliyyatlarına aparmırsa, ABŞ üçün qəbulolunandır".

Ordu.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sarkisyan "Qarabağ münaqişəsində yeni dönüş mərhələsi, sülh prosesinin fəallaşması səbəbləri", mövzusunda aparılan müzakirələrdə deyib.

Onun sözlərinə görə, birmənalı şəkildə beynəlxalq ictimaiyyət danışıqlar prosesində nə baş verdiyini çox yaxşı dərk edir.

"Əmin olun ki, Avropa İttifaqı müxtəlif ölkələrlə görüşlərində, əgər zərurət olarsa, Fransa bu münaqişə ilə bağlı müəyyən detalları təqdim edə bilər. İndiki məqamda beynəlxalq oyunçular, xüsusilə ABŞ üçün bölgədə hərbi əməliyyatların bərpası arzuolunan ssenari deyil. Çünki Birləşmiş Ştatların bölgədə, o cümlədən milli təhlükəsizliyə dair həll ediləsi problemləri var. Təbii ki, söhbət İrandan gedir", - deyə o qeyd edib.


Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Müharibə  


Bizi "telegram"da izləyin