Düşmən ordusunun hərbçilərinin saxladığı Elnur Hüseynzadə Şuşadan Ermənistana aparılıb

2019/02/45645-1549368507.jpg
Oxunub: 17469     16:07     05 Fevral 2019    
2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Bu barədə Ordu.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsir   Ermənistan   Girov  


Bizi "telegram"da izləyin