Erməni KİV-lərində yayılan məlumatlara görə, onun ölkə rəhbərliyi və yerli erməni icmasının nümayəndələri ilə görüşü gözlənilir.
Artıq heç kimə sirr deyil ki, Ermənistanda hakimiyyəti çevriliş yolu ilə ələ keçirmiş Paşinyanın timsalında biz İrəvan-Tehran münasibətlərində yalnız ikitərəfli deyil, həmçinin bütün istiqamətlər üzrə geniş mənada geriləmə görürük. Qeyd edək ki, Paşinyan İrana səfər edənədək, fevralın 14-də İran, Türkiyə və Rusiya prezidentləri Soçidə görüş keçirəcək. Bu, Suriyaya aid məsələlərin müzakirə olunduğu məlum Astana formatıdır. Lakin bu formatın Suriyadakı inkişaf prosesləri kontekstində olsa da, öz müzakirələri çərçivəsinə daha geniş məsələləri əhatə etdiyi şübhəsizdir.
Eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrov tərəfindən hələ bir neçə həftə əvvəl, həmçinin artıq bir neçə ay əvvəl davamlı olaraq formalaşdırılan bölgə formatı olan Moskva-Bakı-Tehran zirvə görüşünün keçirilməsinin planlaşdırmasına işarə edilirdi.
Bu görüşlər Paşinyanın səfərinədək və ya ondan sonra baş tuta bilər. Bu Ermənistan hökuməti üçün ciddi əhəmiyyəti malikdir. Çünki bölgədə Ermənistanın iştirakı olmadan formalaşdırılmış bu formatın İrəvana təsiri qaçınılmazdır. Hazırda Ermənistanda Paşinyanın və parlament üzvlərinin İrana qarşı kəskin çıxışları çərçivəsində hansısa bir platforma yaratmağa ümid edirlər. Həm ölkə ilə sərhədlərin bağlanacağına eyham vur, həm də onu avtoritar adlandır və nəticədə İranla ikitərəfli "yüksək" əməkdaşlıq potensialından danış. Həqiqətən bu cür "platforma"nı yalnız İrəvan yarada bilərdi...
Bu gün Ermənistan, İranın iştirakı və Gürcüstan vasitəsilə Avropaya doğru nəqliyyat dəhlizinin formalaşdırılması və guya bunun baş verməsində Almaniyanın istəkli olduğunu göstərməyə çalışır.
"Əlbəttə, bu baxımdan istər Avropanın, istərsə də xüsusilə Almaniyanın İrana qarşı marağı kifayət qədər göz qabağındadır və eyni zamanda Berlinin Cənubi Qafqaza qarşı olan bölgə iddiaları da görünəndir. Bu baxımdan İrəvan məxməri inqilabdan sonra yaranan yeni imkanlarından şübhəsiz İranla münasibətlərin yeni keyfiyyətə çıxarılması üçün faydalanmalıdır", - deyə erməni KİV-lərindən biri yazır.
Təbii ki, Paşinyanın Tehrana ilk səfəri ilə dönüş olacağını sadəlöhvlük yox, birbaşa başıpozuqluq hesab etmək olardı. Çünki Tehran bu yaxınlarda Baş Qərargah rəisinin timsalında nəinki Ermənistanla bağlı mövqeyini müəyyənləşdirdi, həmçinin İrəvanın dolayı yolla deyil, birbaşa Qarabağı işğal etdiyini dilə gətirdi. Müxtəlif formatlarda Azərvaycanın ərazi bütövlüyünü dəstəklən İran, artıq Paşinyan və onun komandasının səriştəsiz bəyanatlarından sonra birbaş mövqeyini bildiridi.
Paşinyan fraksiyasına mənsub erməni deputat tərəfindən İranın avtoritar dövlət adlandırılması isə münasibətləri daha da gərginləşdirdi. Hazırda bütün iqtisadi layihə və formatlardan kənarda qalan İrəvan çıxış yolunu uzunmüddətli ABŞ vədlərində deyil, cənub qonşusunun kölnünü almaqda görür. Heç şübhəsiz ki, artıq İrəvanın ayağısürüşkən addımlarından bezmiş İran, dünya ictimaiyyəti tərəfindən də ciddi qəbul olunmayan Paşinyana "Qara dəniz" layihəsində yox deyəcək. Çünki artıq bu layihə özünün Azərbaycanla geniş əlaqələrinə malik olan Tehran üçün perspektiv və arzuolunan deyil.
Alpər Mövludoğlu
Ordu.az