"Təəssüf ki, Ermənistan sadəcə tamaşa ediləcək ölkəyə çevrilib" - Aşotyan

2019/02/10260-1549363138.jpg
Oxunub: 4006     14:46     05 Fevral 2019    
"Təəssüf hissi ilə qeyd edim ki, inqilabdan sonra Ermənistan sadəcə tamaşa ediləcək bir ölkəyə çevrilib".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan, Avropa görüşlərindən sonra onda yaranan təəssüratı bölüşərkən deyib.

"Bu günlər ərzində Avropa ölkələrinin müxtəlif paytaxtlarını gəzərək, deputatlar, siyasi xadimlər və bölgə ilə məşğul olan ekspertlərlə görüşərək belə bir qənaətə gəlmişəm, təəssüf hissi ilə qeyd edim ki, inqilabdan sonra Ermənistan sadəcə tamaşa ediləcək bir ölkəyə çevrilib. Hər kəs nəinki bu ölkəni dəstəkləmək, vermək və ya təklif etmək, əksinə qopartmaq, almaq arzusundadır.

Qeyri-ciddilik, anlaşılmazlıq və "downshifting" - Avropa siyasi dairələrinin inqilabdan sonra ölkəmizə qarşı real münasibəti bax budur", - deyə təəssüflə Aşotyan "Facebook" səhifəsində yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin