Ordu.az xəbər verir ki, bu barədə fevralın 4-də Apelyasiya məhkəməsində jurnalistlərlə söhbəti zamanı Ermənistanın ikinci prezidenti Robert Koçaryanın müdafiəçilərindən Hayk Alumyan bildirib.
Alumyanın sözlərinə görə, müstəntiq tərəfindən təqdim edilən izahatlardan çoxlarını yüksək vəzifəli zabitlər verib. Bu iş üzrə dindirilmiş, zabit heyəti arasında yuxarı vəzifəli məmurlar var.
"Məgər, 2008-ci ildə Müdafiə nazirinin müavini vəzifəsini tutan general Manvel Qriqoryan bu iş üzrə izahat verib?" deyə verilən suala Alumyan cavab verib ki, bu iş üzrə belə bir izahat müstəntiq tərəfindən təqdim edilməyib.
Xatırladaq ki, ötən gün erməni mətbuatında məlumat yayılıb ki, fevralın 1-də Serj Sarkisyan şahid qismində bir neçə saat sorğuya cəlb edilib.
Ermənistan Xüsusi İstintaq Xidməti bu informasiyanı şərh etməyəcəyini bəyan etmişdi.
Alpər Mövludoğlu
Ordu.az