Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan bildirib.
O əlavə edib ki, istintaq davam edir və bu məlumatlar ictimailəşdirilə bilməz.
"Yalnız bir parametrin şifrəsi açılıb. Təyyarənin uçuşu zamanı bu cür onlarla parametrlər qeydə alınır. İstintaq aparan orqan Rusiyanın müvafiq ixtisaslaşmış qurumlarına, qara qutunun məlumatlarını verib və hələlik parametrlərdən birini əldə edib. Qara qutunun şifrələrinin açılması işləri davam edir", - deyə Hovhanisyan qeyd edib.
Xatırladaq ki, daha öncə Ermənistan İstintaq Komitəsinin sədrinin müşaviri Sona Truzyan bildirib ki, döyüş təyyarəsinin qəzaya uğraması işi üzrə istintaq işi davam edir.
Alpər Mövludoğlu
Ordu.az