Ermənistan ordusunda 2 nəfərin ölümünə səbəb olmuş qəzadan DETALLAR

2019/02/34534-1549281694.jpg
Oxunub: 24752     15:56     04 Fevral 2019    
Ermənistanın Şirak məhkəməsində Ara Elbakyanla bağlı cinayət işinin istintaqı başa çatıb.

Ordu.az xəbər verir ki, hadisə baş verən zaman 43 yaşlı Ara Elbakyan, əsgər rütbəsində müqaviləli hərbi qulluqçu olub.

2017-ci il sentyabrın 14-də saat 21:45 radələrində Ara Elbakyan Ermənistan Müdafiə Nazirliyinin balansında olan "Zil" markalı avtomobili idarə edərkən, İrəvan- Gümrü yolunda yol hərəkəti qaydalarının tələbini pozub. Nəticədə yolun hərəkət hissəsində icazə verilən sürət həddini aşıb. Hərbi yük maşını yolun hərəkət hissəsinin qarşı tərəfinə çıxmaqla, qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşaraq yolun hərəkət hisəsindən çıxaraq dərəyə aşıb.

"Opel" markalı avtomobilin 43 yaşlı sürücüsü M.Vartan və sərnişini 30 yaşlı B. Rostoç aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. "Zil" markalı avtomobildə olan sərnişin 51 yaşlı Q. Ananikin sağlamlığına isə orta dərəcəli xəsarət dəyib.

Məhkəmə zamanı Ara Elbakyan baş vermiş hadisə özünü günahkar hesab etmədiyini bildirib. Onun Ermənistan Müdafiə Nazirliyində 2012-ci ildən xidmət etdiyi, "Zil" və "Kamaz" markalı avtomobillər idarə etdiyi məlum olub.

Həmin gün, yəni 2017-ci il sentyabrın 14-də Ermənistan Müdafiə Nazirliyinin anbarından əmlak alınması məqsədilə bir "Kamaz" və bir "Zil" markalı avtomobillə ora gediblər. Anbarda məlum olub ki, "Kamaz" nasazdır və "Zil" markalı avtomobil yüklənməli olub. Nəticədə, Ruben və Ananik adlı fəhlələrlə bərabər geri qayıtmaq üçün yola çıxıblar.

İrəvan-Gümrü yolunun Sarnaxbyur deyilən sahəsində saat 21:30 radələrində təmir gedən yerə çatıblar. Enişli yolun döngələrində idarəetməni itirərək, qarşıdan gələn "Opel" markalı avtomobilin üzərinə aşıb, daha sonra sürüşərək dərəyə yuvarlanıb. Elbakyan qəzanın baş verməsini sükanı kəskin şəkildə sağa sola çevirməsi ucbatından baş verdiyini bildirib.

Lakin o, ilkin istintaq orqanına sürət həddini aşma, sükanı qəfl sağa sola çevirmə, "Opel" markalı avtomobilin üzərinə aşma kimi verdiyi ilkin izahatları inkar edib.

Hər iki zərərçəkənlərin hüquqi varisləri eşitdiklərini və "Zil" markalı avtomobilin "Opel" markalı avtomobilin üzərindən keçdiyini deyiblər. Hadisə zamanı yoldan keçən şahid, "Zil" markalı avtomobilin ikinci döngədə "Opel" markalı avtomobilin üzərindən keçməklə, maneəyə çırpıldığını daha sonra dərəyə yuvarlandığını qeyd edib.

O, ekspertizada öz rəyində qəzanın sürət həddini və ara məsafəsinin düzgün idarə edilməməsi nəticəsində baş verdiyini qeyd edib. Bununla da məhkəmənin qərarına əsasən "Zil" markalı avtomobilin sürücüsü, Ara Elbakyan baş verən qəzada günahkar hesab edilərək, 7 il 6 ay müddətinə azadlıqdan mərhum edilib. Təqsirkar Ara Elbakyandan Ermənistan Müdafiə Nazirliyinə dəymiş ziyana görə, 1 milyon 990 min 034 dram məbləğ tutulacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Qəza  


Bizi "telegram"da izləyin