Erməni ekspert: "Naxçıvanda yaradılacaq hərbi baza bu məqsədlə istifadə edilməyəcək"

2019/02/a1-77-1549278248.jpg
Oxunub: 11663     14:58     04 Fevral 2019    
"Naxçıvanda hərbi bazanın yaradılması, Ermənistandakı rus hərbi bazasına tarazlıq yarada bilər".

Ordu.az xəbər verir ki, bu barədə professor Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq insitutunun direktoru Ruben Safrastyan erməni KİV-lərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz Ankara və Moskvanın diqqət mərkəzindədir, əgər məsələyə siyasi baxımdan geniş yanaşsaq, o zaman Naxçıvana qarşı Türkiyənin maraqlarının artdığını görərik.

"Bu Azərbaycanla tez-tez hərbi məşqlərin keçirilməsi, həmçinin Türkiyənin yüksək vəzifəli zabitlərinin davamlı səfərlərində öz əksini tapır", - deyə o bildirib.

Safrastyan qeyd edir ki, Türkiyə qəzetlərində yayılan məqalələrə görə, Türkiyə rəhbərliyinin yuxarı dairələrində son zamanlar sərhədlərdən kənar Naxçıvan ərazisində olmaqla üçüncü hərbi bazanın yaradılması haqqında məlumatlar müzakirə edilir.

"Məlumatlar bununla məhdudlaşır. Bu məsələ ilə bağlı hazırlıq işləri aparılırmı və informasiyanın həqiqətə nə dərəcədə uyğun olub-olmaması ilə kəşfiyyat məlumatlarının nəticələri əsasında mütəxəssislər məşğul olmalıdırlar", - deyə Safratsyan narahatlığını gizlədə bilməyib.

Jurnalistin "Belə bir bazanın yaradılması Qarabağ münaqişəsinin nizamlanması işində müəyyən rol oynaya bilərmi?" deyə verilən sualına ekspert cavab verib ki, Naxçıvanda hərbi baza bu məqsədlə istifadə edilməyəcək.

"Bu yalnız Ermənistandakı rus bazasına tarazlıq təşkil edəcək. Lakin Türkiyənin yaxın gələcəkdə baza yaratmağa hazırlaşması haqqında danışmaq olmaz. Çünki o daha çox Suriya və Yaxın Şərq, o cümlədən, digər bölgələrin məsələləri ilə məşğuldur," - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin