Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri erməni vəkil Hayarpi Sarksiyan qoruyucu maska ilə şəkil paylaşaraq qeyd edib.
Məlumata görə, vəkil hüquqlarını müdafiə etdiyi yezidi əsgər Yurik Broyana baş çəkmək üçün psixatriya xəstəxanasına gedib. Hayarpi Sarkisyan bildirir ki, onu çətinliklə içəri buraxıblar. Eyni otraqda 20 xəstə yerləşdirildiyini söyləyən hüquqşünas hüquqlarını müdafiə etdiyi Yurik Broyanın üzərindən olduqca dəhşətli qoxu gəldiyini vurğulayıb.
Verilən məlumat görə, guya özü istəmədiyi üçün hamama getmir. Bura gələnədək 40 gündən artıq hərbi polisdə saxlanılan Yurik Broyan orada nə yuyunmağa aparılır, nə də yetərli qida verilir, hərbi polisdə isə ona qarşı olduqca kobud davranılır. Vəkil, belə bir cinayət əməli ilə bağlı veriliş hazırlamağı düşündüyünü qeyd edib.
Yurik Broyan öz vəkili ilə müəyyən əl-qol jestləri etməklə ünsiyyət saxlayır. Ona Kanaz xəstəxanasında qeyri-müəyyən iynələr vurulduqdan sonra xəstəliyi və əsmə halı daha da kəskinləşib.
Xatırladaq ki, yezidi əsgərin xəstəxanalarda dövr etməsi, 2018-ci ilin avqust ayında xəstə olmasına, məhdudiyyətlərinə baxmayaraq, hərbi xidmətə çağırılmasından sonra başlayıb. Ancaq Ermənistan Müdafiə Nazirliyi yezidi əsgəri “simulyant” hesab edir.
Artıq əlil halında olan hərbi qulluqçu haqqında Ermənistan prokurorluğunda hərbi hissənin tabor komandiri tərəfindən ona qarşı tətbiq edilən zorakılıq, psixatriya xəstəxanasının əməkdaşı ilə münaqişə, özünə xəsarət yetirmə cəhdləri olmaqla 3 cinayət işinin istintaqı aparılır. Sonuncu cinayət işi müxtəlif yollarla hərbi xidmətdən yayınma halı olaraq cinayət məcəlləsi çərçivəsində araşdırılır.
Hazırda o, Sovetaşen yaşayış məntəqəsindəki psixatriya xəstəxanasında yerləşdirilib. Əsgərin anası qeyd edib ki, oğlu 7 aydır xəstə olsa da, heç kim onu dinləmir. Hərbi polisdə ac saxlanıldığını, özü gedib ona yemək yedirtdiyini qeyd edən ana oğluna qarşı çox kobud davranıldığını, hətta çimməyə aparmadıqlarını bildirir.
Onun sözlərinə görə, bu gün onu xəstəxanada hamama aparmaq istəsə də, xəstəxananın hamam dəsmalı olmayıb. Ordu günü ilə bağlı tədbirdə Davit Tonoyan jurnalistlərin sualına cavab verərkən, qeyd edib ki, yezidi əsgər Yurik Broyana qarşı xüsusi yanaşma var. Bununla da Ermənistan Müdafiə naziri yezidi əsgərin kompleks ekspertizasını keçirəcək həkim və müstəntiqlərə pərdəarxası ismarıc edib.
Davit Tonoyanın xəstə əsgərin anasının məktublarına cavab verməməsindən məlum olur ki, nazir onu qəbul etməyəcək. O, bir dəfə də olsa, yezidi əsgərə baş çəkib, maraqlanmayıb. Görünən odur ki, Tonoyan bu addımı öz nüfuzuna yaraşdırmır.
“Ancaq sabiq Müdafiə naziri belə hallara qarşı daha diqqətli idi. O, şikayətçiləri qəbul edirdi. Bəzən xəstə əsgərlərin birbaşa onun iş otağına aparıldığı hallar da olub”, - deyə yezidi əsgər anası etiraz edib.
Vəkil Ombudsmanla əlaqə saxladıqda, ona cavab veriblər ki, belə vəziyyətdən xəbərdardırlar və bir daha həmin məkana baş çəkəçəklər. Lakin hələki heç nə dəyişməyib.
Alpər Mövludoğlu
Ordu.az