Azərbaycan hərbçiləri NATO-nun dağ qış təlimlərində - FOTOLAR

2019/02/15492-4647776589.jpg
Oxunub: 5356     09:40     04 Fevral 2019    
NATO-ya üzv və tərəfdaş ölkələrin silahlı qüvvələrinin nümayəndələri alyansın “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Gürcüstanda keçirilən aralıq dağ qış təlimlərində iştirak edirlər.

Ordu.az xəbər verir ki, polkovnik Besik Kutateladze adına Saçxere Qış Təlim Məktəbi tərəfindən Qudauri (Mtsxeta-Mtianeti bölgəsi) dağlarında keçirilən təlimdə Litva, Belarus, Azərbaycan, Ukrayna və Gürcüstandan 14 hərbçi iştirak edir.


Təlimlərdə hərbçilər xizəklər üzərində texnikanın idarə olunması, maneələrdən və sərt dağ yamaclarından keçirilməsi, gecələr qar altında sığınacaq yaradılması və qar uçqunu altında qalmış şəxslərin xilas edilməsi qaydalarını öyrənir, bacarıqlarını artırırlar.

Bu, təlimlərin artıq ikinci mərhələsidir. Hərbçilərin qışda dağ hazırlığının ilk mərhələsi Smtsxe-Cavaxetiya bölgəsinin Abuli dağlarında olub.


Təlim kursu fevralın 8-də başa çatacaq. Kursu müvəffəqiyyətlə bitirən hərbçilərə döş nişanı və sertifikatlar veriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Gürcüstan   NATO  


Bizi "telegram"da izləyin