“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır” - Fuad Ələsgərov

2019/02/fuad--1549108939.jpg
Oxunub: 1788     15:55     02 Fevral 2019    
"Azərbaycanda Gənclər gününün təsis edilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə hələ 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, 1997-ci ildə isə ulu öndər 2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov Gənclər günü ilə bağlı çıxışında deyib. Bildirib ki, gənclərə xüsusi qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də daim diqqət mərkəzindədir.

"Ölkə başçısının müvafiq Sərəncamları ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul edilmişdir. Bu sənədlərin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı potensialının üzə çıxarılmasını dəstəkləməkdir.

Dünən ölkəmizdə Azərbaycan gəncləri gününə həsr olunmuş Respublika Toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Prezidenti gənclər qarşısında çıxış edərək öz tövsiyələrini vermiş, bır sıra gəncləri mükafatlarla təltif etmişdir. Cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdır və hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır. Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan möhtərəm Prezident Azərbaycan gənclərinə inandığını və güvəndiyini, onlarla fəxr etdiyini bəyan etmişdir".

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən əsgər və zabitlərin böyük əksəriyyətini də məhz gənclər təşkil edir. Onlar vətəni qoruyur, düşmənlə üzbəüz mövqelərdə dayanırlar. Minlərlə gənc əsgər və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərmiş, vətən uğrunda canlarını və sağlamlıqlarını qurban vermiş, adlarını müasir hərb tariximizə qızıl hərflərlə yazmışlar. 2016-cı ilin aprel döyüşləri zamanı da xalqımıza qələbə sevinci bəxş edən döyüşçülərin sırasında gənclər çoxluq təşkil edirdi. Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərindən danışarkən demişdir: “Bu böyük və parlaq qələbəni bizim gənc əsgər və zabitlərimiz qazanıblar. Sinəsini qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bu gənclər aprel döyüşləri zamanı düşmənin çoxlu sayda canlı qüvvəsini və texnikasını məhv edərək qəhrəmanlıq zirvəsinə ucalmışlar”.

Fuad Ələsgərov vurğulayıb ki, torpaqları hələ də işğal altında olan Azərbaycan üçün ordu quruculuğu ən vacib məsələlərdən biridir. Bu sahədə bu günə qədər çox işlər görülüb. Azərbaycan hərbi-texniki sahədə dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlığını inkişaf etdirmiş, ordumuz ən müasir silahlar, reaktiv artilleriya və hava hücumundan müdafiə sistemləri, hərbi təyyarələr, gəmilər və digər texnika ilə təchiz edilmişdir. Bununla yanaşı, ölkəmizdə güclü müdafiə sənayesi yaradılmış, 20-dən çox hərbi zavod inşa edilmişdir. Bu zavodlarda 1200 adda hərbi təyinatlı məhsullar istehsal olunur.

Görülmüş işlərin nəticəsi olaraq bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan Ordusunun döyüş qabiliyyəti ən yüksək səviyyədədir. 2016-cı ilin aprel döyüşləri bunun əyani sübutu idi. Bu döyüşlər nəticəsində Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edilmiş, iki min hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına qayıtmışdır. Eyni zamanda, 2018-ci ilin may ayında aparılmış uğurlu əməliyyat nəticəsində Naxçıvanın Ermənistan tərəfindən işğal edilmiş 11 min hektar ərazisi azad edilmiş, strateji yüksəkliklər və kommunikasiya yolları nəzarətimiz altına keçmişdir. Böyük məharət və peşəkarlıqla həyata keçirilmiş bu əməliyyatlar Azərbaycan hərbçilərinin qəhrəmanlığını, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirmişdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fuad-Ələsgərov   Prezidentin-köməkçisi   Azərbaycan-ordusu  

“Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır” - Fuad Ələsgərov

2019/02/fuad--1549108939.jpg
Oxunub: 1789     15:55     02 Fevral 2019    