Tərtərdə hərbçilərin iştirakı ilə Gənclər günü qeyd edilib – FOTOLAR

2019/02/51270-4647314619.jpg
Oxunub: 3620     14:51     02 Fevral 2019    
2 fevral Gənclər günü münasibətilə cəbhə xəttində olan Tərtər rayonunda tədbir təşkil olunub.

Ordu.az xəbər verir ki, tədbirdə tərtərli gənclərlə yanaşı, bölgədə fəaliyyət göstərən hərbi hissənin şəxsi heyətinin nümayəndələri də iştirak ediblər.

Tədbir iştirakçılar rayon mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, anım duruşu nümayiş etdirilib.

Daha sonra, rayon ictimaiyyətinin nümayəndələrilə birgə keçirilən tədbirdə çıxış edən hərbçilərimiz xüsusilə vurğulayıblar ki, bu gün orduya olan diqqət və qayğı, göz qabağındadır. Tədbirdə vurğulanıb ki, cəbhə xəttində yaşayan və xidmət edən hər bir gəncin qüruru daha yüksəkdir.

“Bu da onu deməyə əsas verir ki, burada açılan atəşlərin heç biri bizi narahat etmir. İstər gənc olaraq gənclərimiz, istər uşaqlarımız hər birimiz öz xidmətimizi uğurla davam etdiririk. Bu hər bir kəsə qürur olmalıdır”, - deyə hərbi qulluqçularımızdan biri bildirib.

Tədbirin yekununda, gənclər günü münasibətilə rayon rəhbərliyi tərəfindən xidmətində fərqlənən bir neçə hərbçimiz fəxri fərman, diplom və qiymətli hədiyyələrlə təltif edilib.








Daşqın Güneyli
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tərtər   Gənclər-Günü  


Bizi "telegram"da izləyin