Ermənistanda yezidi əsgər qeyri-insani şəraitdə müalicə alır: "Yox, əslində bu işgəncədir"

2019/02/23600-1549088891.jpg
Oxunub: 28738     10:25     02 Fevral 2019    
Milliyyətçə yezidi olan hərbi qulluqçu Yurik Broyanın vəkili Hayarpi Sarkisyan “Nubaraşen” psixatriya mərkəzinə baş çəkib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, vəkil, hüquqlarını müdafiə etdiyi şəxsi qeyri-insani şəraitdə görməsindən dəhşətə gəldiyini açıqlayıb.

O, burada dəhşətli şərait olduğunu və gördüklərini sözlə ifadə edə bilmədiyini qeyd edib. Belə bir qeyri-insani məkanı daha öncə görmədiyini vurğulayan vəkil, bunun biabırçılıq olduğunu söyləyib.

Onun sözlərinə görə, palatada eyni vaxtda 20 nəfər yerləşdirilib. Sanki insanlara işgəncə vermək üçün nəzərdə tutulmuş bu məkanda hətta qoruyucu ilə nəfəs almaq mümkün deyil.

Vəkil dərhal ombudsmanın çevik reaksiya qrupuna zəng edib və buradan ona bildirilib ki, vəziyyətlə çoxdan tanışdırlar, yenidən psixatriya mərkəzinə səfər edəcəklər.

Xatırladaq ki, milliyətcə yezidi olan 19 yaşlı Yurik Broyanın irsi keçən psixi xəstəliyi var. Bununla belə avqust ayında mərkəzi hərbi tibbi komissiya Yurik Broyanı müayinə edir və onun tibbi sənədlərində “yüngül zehni çatışmazlıq” diaqnozunu yazır. Psixi xəstəlikdən əziyyət çəkən Yurik Broyanı hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edərək, orduya çağırırlar.

Hərbi xidmətə yola düşdükdən bir neçə gün sonra yezidi gənc çağırışçını “bad” ləqəbli tabor komandiri qəddarcasına döyür və bundan sonra Yuriki “Kanaz” psixatriya xəstəxanasına təxliyyə edirlər.

Hazırda Broyan başı sallanmış vəziyyətdə çətinliklə addımlayır, başını qaldıra bilmir, vaxtaşırı əsməyə düşür, danışa bilmir, yalnız başı ilə müsbət və ya mənfi cavab işarələri edir, onun iflic olduğu bildirilir.

Vəkil Hayarpi Sarkisyan həyəcan təbili çalaraq söyləyir ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən göstərilən bu cür qeyri-qənaətbəxş münasibət işgəncədən başqa bir şey deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yezidi   İşgəncə  


Bizi "telegram"da izləyin