Ordu.az xəbər verir ki, bu barədə “Aysor.am” saytına Ermənistan İstintaq komitəsinin sədrinin müşaviri Sona Truzyan bildirib.
Daha öncə istintaq qrupu tərəfindən qəzanın səbəblərinə dair bir neçə ehtimal işlənib hazırlanıb. Bunun yoxlanılması istiqamətində istintaq və prosessual tədbirlər həyata keçirilsə də, hələ də qəzanın səbəbləri naməlumdur
Xatırladaq ki, döyüş hazırlığı planı üzrə nəzərdə tutulmuş təlim məşq uçuşları həyata keçirən Ermənistanın Su-25 döyüş təyyarəsi 2018-ci ilin dekabrın 4-də saat 10:20 radələrində Ermənistanın Şirak vilayətinin Maralik bölgəsinin Karaberd yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.
Aviaqəza nəticəsində 1-ci dərəcəli pilot polkovnik-leytenant Armen Slaviki Babayan və 3-cü dərəcəli pilot mayor Movses Qevorki Manukyan ölüb.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Alpər Mövludoğlu
Ordu.az