Şəhid polkovnikin oğlu prezidentin qarşısında çıxış etdi - FOTO

2019/02/50936-1549018388.jpg
Oxunub: 7918     14:46     01 Fevral 2019    
Bu gün Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Ölkə başçısı Azərbaycan gənclərinə inandığını və güvəndiyini bəyan edərək onlara uğurlar arzulayıb. Daha sonra gənclər çıxış ediblər.

Respublika toplantısında çıxış edənlərdən biri 2016-cı ilin Aprel döyüşlərində rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucovdur.

Qeyd edək ki, A.Qrucov Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir. (Azvision.az)


Ordu.az




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Şahid-oğlu   Aprel-döyüşləri  


Bizi "telegram"da izləyin