Ordu.az xəbər verir ki, bu barədə “Epress.am” saytına çağırışçının anası Ruzanna Hovhanisyan bildirib.
Artıq bir dəfə çağırışçının “ürək döyüntüsünün pozulması” diaqnozu ilə 5 aylıq möhlət hüququ aldığını bildirən anası qeyd edib ki, o, addımlayarkən tez yorulur, əllərinin içi, yəni ovucu tərləyir, bir neçə kiloqram ağır bir şey götürərkən boğulur və nəfəsi çatmır.
Ermənistan Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən ictimai şura çağırışçının əlavə müayinəyə cəlb edilməsinə vəsadət versə də, dekabrın 24-də komissarlıq onun hərbi xidmətə göndərilməsi barədə qərar qəbul edib.
Anası qeyd edir ki, bununla bağlı komissarlığa müraciət edib, amma general bildirib ki, ictimai şuranın qərarı onun üçün heç bir şey deyil və onun oğlunu orduya aparacaqlar.
Artıq Robert Hovhanisyanı və onunla bərabər 12 nəfər səhhətində problemi olan çağırışçıları mərkəzi çağırış məntəqəsinə aparıblar.
Erməni əsgərin anası deyir ki, oğluna orduya çağırılacağı və lazım gələrsə, daha sonra hospitala göndəriləcəyi bildirilib. Hazırda Robert Hovhanisyan müstəntiqin yanına aparılıb, onu hərbi xidmətdən yayınmağa cəhd etməkdə ittiham edirlər.
Alpər Mövludoğlu
Ordu.az