Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bülletendə rəsmi və qeyri-rəsmi mənbələrdən əldə edilən məlumatlar öz əksini tapıb.
Maraqlıdır ki, yalnız qeyri-rəsmi mənbələrdən toplanan məlumatlar arasında yox, həm də rəsmi olaraq Ermənistan Müdafiə Nazirliyi, Ermənistan Hərbi Prokurorluğu və Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatlar arasında da fərq var.
Qeyd edək ki, iki rəsmi qurum, Ermənistan Müdafiə Nazirliyi və Ermənistan Hərbi Prokurorluğunun yaydığı məlumatlara əsasən 63 ölüm hadisəsindən, 38 hal hərbi xidmətlə bağlı olub, 25 hal isə hərbi xidmətlə əlaqəli olmayıb. Ermənistan İstintaq Komitəsinin məlumatlarına görə, baş verən 50 ölüm hadisəsindən 37 hal hərbi xidmətlə bağlı olub, 13 hal isə hərbi xidmətlə əlaqəli olmayıb.
Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisi tərəfindən qeyri-rəsmi mənbələrdən aparılan araşdırmalarda, 47 ölüm hadisəsinin qeydə alındığı nəzərə alınaraq, 63 ölüm hadisəsindən yalnız 47 hal barədə məlumat verildiyi bildirilir. Bu halda yalnız 37 hal barədə ilk informasiya mənbəyi rəsmi mənbələr olub.
Qeyd edək ki, 2018-ci ildə təxribata cəhd nəticəsində ölən erməni hərbçilərin sayı 7 nəfər olub. Qeyri-döyüş itkisi isə 56 nəfər olub.
Qeyri-döyüş itkisi arasında avtomobil qəzalarında ölənlərin sayı 17 nəfər olmaqla üstünlük təşkil edir. Səhhətinə görə ölənlərin sayı 13 nəfər, intihar kimi qeydə alınan ölüm sayları isə 11 nəfər təşkil edib.
Qəzaların baş verməsinə səbəb, sürücülərin hazırlıq səviyyəsinə lazımi diqqət göstərməməsi, yol hərəkəti qanunlarına əməl etməməsi olub.
Sağlamlığına görə ölənlərə gəldikdə isə, bu, Ermənistan ordusunda tibbi təminatın səviyyəsi və xəstə çağırışçıların orduya yararlı hesab edilməklə çağırılması nəticəsində baş verib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə Ermənistan ordusunda prokurorluğun məlumatına əsasən 76 ölüm faktı göstərilib ki, onlardan 23 hal təxribata cəhd, 10 hal intihar və ya intihar həddinə çatdırma, 16 hal səhhətindəki problemlə bağlı, 4 hal mina partlayışı, 8 hal öldürmə, 6 hal bədbəxt hadisə nəticəsində baş verib.
Alpər Mövludoğlu
Ordu.az