“Azərkosmos” 2018-ci ildə xidmət ixracından 26 mln. dollara yaxın gəlir əldə edib

2019/02/azerk-1549006036.jpg
Oxunub: 33164     11:26     01 Fevral 2019    
Ötən il “Azərkosmos” ASC 24 ölkəyə 25,6 mln. ABŞ dolları dəyərində telekommunikasiya və optik peyk xidmətləri göstərib.

Bu barədə Ordu.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-cu ilin yanvar buraxılışına istinadən xəbər verir.

İcmalda qeyd olunur ki, təkcə ötən ilin dekabr ayında isə dövlət şirkəti 16 ölkəyə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. Şirkət ötən il xidmət ixracını 12% artırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərkosmos   Gəlir  


Bizi "telegram"da izləyin