Azərbaycanda 12 mindən çox şəhid ailəsinin təqaüdü artırılıb

2019/01/2018--1548939402.jpg
Oxunub: 19749     16:54     31 Yanvar 2019    
Bu il fevralın 1-dən şəhid ailələrinə verilən prezident təqaüdünün məbləği artırılır.

Ordu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli brifinq zamanı deyib.

O bildirib ki, təqaüdün məbləği 58 manat artırılaraq 300 manata çatdırılıb.

Müşavir qeyd edib ki, ötən müddət ərzində şəhid ailələrinə və müharibə veteranlarına 6654, o cümlədən 2018-ci ildə 626 mənzil verilib ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur:

“2019-cu ildə bu vətəndaşlara minimum 800 mənzil veriləcək. Dövlət başçısının 30 yanvar tarixli fərmanına əsasən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırlacaq”.

M.Abbasbəyli əlavə edib ki, 2007-ci ildən etibarən şəhid ailələrinə verilən təqaüdlərin məbləği ümumilikdə 3 dəfə artırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid-ailələri   Təqaüd  


Bizi "telegram"da izləyin