Ermənistan ordusunda itki, yaralanma, qəza, bıçaqlanma və fərarilik hadisələri – AYLIQ HESABAT

2019/01/13-15-1548935080.jpg
Oxunub: 5315     15:31     31 Yanvar 2019    
Ordu.az 2019-ci ilin yanvarın 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və fərarilik faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

Yanvar ayının nəticələrinə görə, Ermənistan ordusunda 2-si qəza, 2-si xəstəlik, 1-i intihar olmaqla, 5 ölüm hadisəsi qeydə alınıb. Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 11 düşmən hərbçisi (5-i qəza, 3-ü bıçaqlanma, 2-si mina partlayışı, 1-i təhlükəsizlik qaydalarının pozulması nəticəsində) yaralanıb. Bununla yanaşı, ən azı 1 fərarilik faktı da aşklarlanıb.

1 yanvar

Yeni ilin ilk günündə Ermənistanın Tavuş vilayətində erməni hərbçinin iştirakı ilə qəza baş verib.

Saat 21:30 radələrində İrəvan-Noyamberyan yolunun 143-cü km sektorunda 32 yaşlı Robert Qazumyanın idarə etdiyi "Mercedes" markalı 35 GD 937 nömrəli avtomobil və Tavuş vilayətinin Ayqehovit kənd sakini, 36 yaşlı Qevorq Çobanyanın idarə etdiyi 2106 markalı 35 PA 038 nömrəli avtomobil toqquşub.

Məlumata görə, qəza nəticəsində "06"nın sürücüsü Q. Çobanyan Dilican təcili tibbi yardım maşını ilə xəstəxanaya təxliyyə edilərkən yolda ölüb. Onun Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müqaviləli hərbçi kimi qulluq etdiyi bildirilib.

*****

Döyüş mövqeyində müqaviləli hərbi qulluqçu Edqar Eduardi Qriqoryanın meyidi aşkarlanıb. İntihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.

2 yanvar

Ermənistanın Geğarkunik vilayətində hərbçilərin iştirakı ilə növbəti qəza baş verib. Saat 14:10 radələrində Martuni-Vardenis-Kəlbəcər magistralının 5-ci km sektorunda İrəvanın Davitaşen inzibati rayonunun sakini, 39 yaşlı Tatul Sarkisyanın idarə etdiyi "Infiniti" markalı 34 QN 196 nömrəli avtomobillə, Nor Açin şəhərinin sakini 36 yaşlı Hunan Zohrabyanın idarə etdiyi "Mercedes" markalı 88 ZT 887 nömrəli avtomobil toqquşub.

Qəza nəticəsində sürücülər T. Sarkisyan, H.Zohrabyan, sonuncunun sərnişinləri, Nor Açin sakinləri 17 yaşlı Aved Zohrabyan, 5 yaşlı Natali Zohrabyan, 39 yaşlı Təhminə Zakaryan və daha iki nəfər müxtəlif bədən xəsarətləri ilə Martuni tibb mərkəzinə təxliyyə ediliblər.

Məlumata görə, sürücülərdən T.Sarkisyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində komandir müavini kimi qulluq edir. H. Zohrabyan isə polisin Çarentsavan şöbəsində işləyir.

4 yanvar

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Xocalı yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən iki hərbi qulluqçu yol-nəqliyyat hadisəsi nəticəsində yaralanıb.

Hərbi hissəyə məxsus avtomobil mülki nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hərbi avtomaşını idarə edən əsgərin ayağı sınıb. Onunla birlikdə olan Arsen adlı (soyadı gizlədilir) zabitin vəziyyəti ağır olduğundan təcili Xankəndi hərbi hospitalına yerləşdirilib.

*****

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun hərbi hissələrindən birində xidmət edən Kyaj adlı hərbi qulluqçu isə xidmət yerinə qayıdarkən şəxsi avtomobili ilə qəza törədib.

Hərbçinin yaxınlarının sosial şəbəkədə paylaşdıqları xəbərdə deyilir ki, hadisə nəticəsində ağır bədən xəsarətləri alan həmin şəxs Ağdərə hospitalına yerləşdirilib.

Həkimlər onun hərbi xidmətə yararlı olub-olmayacağının müalicədən sonra müəyyənləşəcəyini deyirlər.

6 yanvar

Erməni gizir, Slava Gevorkyan hipertoniya şoku, ürək xəstəliyi, mədə xorası diaqnozu ilə Ağdərədəki hərbi hospitala daxil olub. Məlumata görə, o, saat 11:50 radələrində hospitalda ölüb.

7 yanvar

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində xidmət edən hərbi qulluqçu bıçaqlanıb.

Başqa bir cinayətlə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılarkən təsadüf nəticəsində bıçaqlanma hadisəsinin üstü açılıb. Məlum olub ki, bu cinayət uzun müddət hüquq-mühafizə orqanlarından gizlədilib.

Faktla bağlı cinayət işi açılıb və Manuk Mirzoyan adlı hərbi qulluqçu istintaqa cəlb olunub. Hadisənin digər iştirakçılarının müəyyən olunması istiqamətində təhqiqat davam edir.

8 yanvar

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən düşmən ordusunun bölmələrində ağır xidmət şəraitindən, təhqirlərdən və fiziki işgəncələrdən bezərək xidmət yerini özbaşına tərk edənlərin sayı artmaqda davam edir.

Beşinci dağ atıcı alayının hərbi qulluqçusu Mesrop Vartanyan döyüş postunda növbədə olarkən silahını ataraq xidmət yerini özbaşına tərk edib.

Xəbərdə bildirilir ki, şəxsi heyət çatışmazlığı səbəbindən gənc əsgərləri hətta təlim kursu başa çatmamış döyüş mövqelərinə yerləşdirirlər.

Hərbi hissə tərəfindən gənc əsgərin axtarışı və xidmət yerinə qaytarılması istiqamətində işlər aparılsa da, əsgərin valideynləri övladının qaçma səbəblərinin hüquq-mühafizə orqanları tərəfindən obyektiv araşdırılmasını tələb edirlər.

13 yanvar

Erməni əsgər, Xoren Gevorkyan saat 22:00 radələrində İrəvan-Meğri yolunun 374-cü km-lik hissəsində idarə etdiyi avtomobillə İran vətəndaşının idarə etdiyi yük avtomobili ilə toqquşub və hadisə yerindəcə ölüb.

17 yanvar

Ermənilərin iki hərbi qulluqçusu piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıblar.

Məlumata görə, hərbçilər təcili hərbi tibb müəssisəsinə təxliyə ediliblər.

18 yanvar

Ermənistanın Loru vilayətində Ermənistan Müdafiə nazirliyinin "N" nömrəli hərbi hissəninin komandir müavini qəzaya uğrayıb.

Saat 10:30 radələrində Vanadzor-Dilican magistralının Marqahovit kəndinin inzibati ərazisində UAZ markalı 700 AR 17 nömrəli avtomobillə "Nissan Tiida" markalı 35 MR 832 nömrəli avtomobil toqquşub.

Məlumata görə, toqquşma nəticəsində "Nissan" hərəkət zolağından çıxıb və bir neçə dəfə çevrilib. Avtomobilin sürücüsü müxtəlif bədən xəsarətləri ilə Vanadzor Tibb Mərkəzinə aparılıb.

Hadisə yerinə toplaşanlar deyiblər ki, "Nissan"ın sürücüsü Vanadzor şəhər sakini, 36 yaşlı Karen Kikanyan Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsində komandir müavini kimi qulluq edir.

24 yanvar

Erməni polkovnik-leytenant Karen Lalayan saat 23:15 radələrində təcili tibbi yardım avtomobilində ölüb. Ölüm diaqnozu xərçəng xəstəliyi olub.

25 yanvar

Ermənistanın Kotayk vilayətində böyük qəza baş verib. Saat 08։20 radələrində Araqatsotn vilayətinin sakini, 35 yaşlı Artur Qazaryan idarə etdiyi "Nissan X-Trail" markalı 51 XR 100 nömrəli avtomobillə Aştarak-İrəvan avtomagistralının Proşyan kəndinin inzibati ərazisində İrəvana doğru gedəkən yolun hərəkət hissəsindən çıxaraq qaz borusu ilə toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində ölən və yaralananlar olmayıb. Lakin toqquşma nəticəsində qaz borusu sıradan çıxıb və güclü qaz sızması başlayıb. Nəticədə kəndə qaz verilməsi dayandırılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü Ermənistan müdafiə Nazirliyinin "N" nömrəsində qulluq edir. Hadisə yerinə Ermənistan Müdafiə Nazirliyinin hərbi polisinin əməkdaşları da gəlib.

*****

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrinin qeyri-döyüş şəraitində verdiyi itkilərin sayı artmaqda davam edir.

Düşmən ordusunun tank əleyhinə divizionunun zabiti leytenant Gevorq Petrosyan təhlükəsizlik qaydalarının pozulması nəticəsində ayağın qapalı sınığı diaqnozu ilə Xankəndindəki hərbi hospitala təxliyə edilib.

26 yanvar

Ermənistanın İstintaq Komitəsinin Qeğarkunik vilayətinin istintaq idarəsi Vardenis istintaq şöbəsində hərbçilərin bıçaqlanması faktı üzrə cinayət işi açılıb. 26 yanvar tarixində qarın nahiyyəsinin ön divar hissəsində deşilmiş, kəsilmiş yarası ilə hospitala bir nəfər daxil olmasına dair Vardenis polis şöbəsinə məlumat verilib.

Məlum olub ki, yaralı 29 yaşlı Vazgen Simonyandır. Müəyyən edilib ki, 26 yanvar saat 18:00 radələrində yaralı qardaşı 27 yaşlı Vahe Simonyanla birlikdə dostları Qeğarkunik vilayətinin Akunk kənd sakini 24 yaşlı Davit Poğosyanın övladının olması münasibətilə keçirilən tədbirdə iştirak etmək üçün Vardenis şəhərindəki “Hraşk Ocaq” restoranına gedib. Bir müddətdən sonra heç bir əsas olmadan yanaşı oturan masadakılarla 23 yaşlı Hayk Hambartsumyan arasında mübahisə yaranıb.

Mübahisə dava ilə müşayiət olunub və sonda restorandan kənarda bıçaqlanma baş verib. Hambartsumyan bıçaqla V. Simonyanı yaralayıb.

Qeyd edək ki, yaralı Vazgen Simonyan, qardaşı Vahe Simonyan və Davit Poğosyan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

27 yanvar

Ermənistanın Vayots Dzor vilayətinin "Luna" gecə klubunda musiqi sifarişi ətrafında yaranan dava bir erməni hərbçinin bıçaqlanması ilə nəticələnib.

Həmin gün saat 02:00 radələrində İrəvan-Meğri avtomagistralının 139.5 km sektorunda yerləşən "Luna" gecə klubunun ərazisində A.Avaqyan və onun həmkəndlisi, 33 yaşlı Qevorq Qevorqyan arasında mübahisə baş verib. Nəticədə sonuncu A.Avaqyana bıçaqla zərbə endirib və ağır yaralanan Avaqyan xəstəxanaya köçürülüb.

Məlumata görə, yaralı A.Avaqyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edir, Q.Qevorqyan isə Vaykın yol tikintisində işləyir. Davaya əsas səbəb müsiqi sifarişi ətrafında yaranan mübahisə olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   İtki   Yaralı   Qəza  


Bizi "telegram"da izləyin