ƏÜO-nun bir qrup hərbi qulluqçusu “Qars təlimi”ndə iştirak edəcək - FOTOLAR
Oxunub: 22393
19:02
30 Yanvar 2019
Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu beynəlxalq qış təlimində iştirak etmək üçün Türkiyə Respublikasına yola salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, yolasalma mərasimində Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Teymur Eyyubov çıxış edərək bildirib ki, fevralın 23-dək Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək çoxmillətli beynəlxalq səviyyəli qış təlimində Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının da iştirak etməsi hər birimizi daha da qürurlandırır. Qars təlimində çətin relyefli ərazilərdə, qarlı, şaxtalı havalarda döyüş əməliyyatlarının aparılması tapşırıqları yerinə yetiriləcək.
Ümumilikdə 28 ölkənin hərbi qulluqçularının müşahidəçi və iştirakçı qismində cəlb edildiyi bu təlimlərə Azərbaycan və Türkiyə hərbçiləri yüksək peşəkarlıqla hazırlaşıblar.