Prezident fərman imzaladı: Şəhid ailələrinə verilən təqaüd artırıldı

2019/01/21_-_kopiya_114619471041465555885_1548866567.jpg
Oxunub: 20390     18:12     30 Yanvar 2019    
Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında Fərman imzalayıb.

Ordu.az xəbər verir ki, Fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Fərmana əsasən şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Prezident   Şəhidlər   Fərman  


Bizi "telegram"da izləyin