Azərbaycanın kiber məkandakı fəaliyyəti Ermənistanda təşvişə səbəb olub

2019/01/SM-80-1548844693.jpg
Oxunub: 10252     14:26     30 Yanvar 2019    
“Azərbaycanın “Delta Telekom” şirkətinin Qafqaza internet ötürən iri internet provayderi “Caucasus Online” şirkətini almasına hazırlıq aparmasına dair hələlik əsas və dəqiq məlumat olmamasına baxmayaraq, nəzəri olaraq bu daim mümkün ola bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Aysor.am saytına verdiyi müsahibəsində informasiya texnologiyaları üzrə erməni ekspert Samvel Martirosyan bildirib.

O qeyd edib ki, iri internet provayderi “Caucasus Online” şirkətinin satılması barədə bir il əvvəl də söhbətlər vardı, hələlik gürcülər əsas marşrutların xarici şirkətlərin əlinə keçməsində maraqlı deyillər.

Onun sözlərinə görə, “Caucasus Online” şirkəti satılmasa da, istənilən halda Ermənistanı təhlükələr təhdid edir.

“Bir neçə il əvvəl məlum oldu ki, Ermənistan trafikinin kifayət qədər ciddi bir hissəsi xarici aləmə “Delta Telekom” vasitəsilə çıxır. Daha sonra bütün trafikin Azərbaycan şirkətindən yan keçdiyini dəqiq deyə bilmərəm, 100% zəmanət yoxdur”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Kiber-məkan  


Bizi "telegram"da izləyin