Tonoyan CHD-nin komandir müavini ilə birgə taktiki təlimlər barədə danışıb

2019/01/17016-1548825852.jpg
Oxunub: 20997     09:12     30 Yanvar 2019    
2019-cu il yanvarın 29-da Ermənistanın Müdafiə naziri Davit Tonoyan Rusiya Federasiyası Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi qoşunlarının yeni təyin edilən komandir müavini, general-leytenant Aleksey Avdeyevi və Ermənistanda Rusiya səfirliyinin hərbi və hərbi hava attaşesi, polkovnik Andrey Qrişçuku qəbul edib.

Ordu.az Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Tonoyan general-leytenant Aleksey Avdeyevi yeni vəzifəyə təyinatı ilə bağlı təbrik edib və erməni ordusunun yaranmasının 27-ci ildönümü tədbirlərində iştirakına görə minnətdarlıq edib.

Tərəflər Ermənistan Silahlı Qüvvələri və RF Silahlı Qüvvələri qoşunlarının birgə qruplaşmasının döyüş hazırlığı proqramları və taktiki təlimlərinə hazırlıq işlərini müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan   CHD  


Bizi "telegram"da izləyin