Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, çağırışçının anası Tamara Hovhanisyanın sözlərinə görə, onun övladında kiçik yaşlarından qüsur var, ayaq barmaqları deformasiya olub və diz oynağında problem mövcuddur.
Qeyd olunur ki, o, 1 saatdan artıq ayaqqabı geyinə bilmir. Ayaqları ayaqqabıda uzun zaman qaldıqda qanayır. Xaçatryan adətən ya oturmuş, ya da uzanmış vəziyyətdə olur. Anası, onun hərbi ayaqqabılar geyinməsini və addımlamasını təsəvvür edə bilmədiyini qeyd edir.
Buna baxmayaraq, hərbi komissarlıq xəstəlikləri nəzərə almadan onun hərbi xidmətə yararlı olduğuna qərar verib.
Artıq bu il ailə tərəfindən bir dəfə Ermənistan Müdafiə Nazirliyi nəzdində ictimai şuraya müraciət edilib. Ailəyə oradan bildiriblər ki, əlavə yoxlama müayinəsi keçməsinə vəsadət verəcək. Ancaq yenidən müayinə edilmədən hərbi komissarlıq yanvarın 31-də onun orduya aparılmasına dair qərar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az