Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə görüşündə bildirib.
"Erməni-rus münasibətləri haqqında Paşinyan danışaraq qeyd edir ki, münasibətlər heç vaxt bu qədər parlaq olmayıb. Mən də düşünürdüm ki, bu halda təbii qazın qiyməti artmalı yox, ucuzlaşmalıdır. Bəs nə oldu, təbii qazın qiyməti artdı, parlaq münasibətlər bu idi?", - deyə Şarmazanov qeyd edib.
Şarmazanovun sözlərinə görə, Paşinyan dərk etməlidir ki, diplomatiyada təsadüfi sözlərdən istifadə edilmir.
"Mən ona konkret sual verirəm, deyirdini ki, AİƏT qurumuna daxil olmaq yanlışdır, əgər səhvdirsə, bəs niyə indi həmin səhvi təkrar edirsiniz", - deyə Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi bildirib.
Alpər Mövludoğlu
Ordu.az