“Müharibə təhlükəsi həmişə var, bu statik bir təhlükədir” - Hovhannisyan

2019/01/Artsr-1548750020.jpg
Oxunub: 31571     12:18     29 Yanvar 2019    
“Bütün dünya 1980-ci illərin silahı ilə döyüşüb və 2050-ci illərədək döyüşəcək, ona görə ki, bu silahlar dünyada güclüdür, dominantdır. ABŞ ordusunun silahlanmasının böyük hissəsini 1980-ci illərin silahları təşkil edir. Kürəklərlə döyüşmək bir mif idi, lakin konserva bankaları mif deyil və hələ uzun zamanlar var olacaq. Gecə kameraları yanında, sizə konserva bankaları heç nə ilə mane olmayacaq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Artsrun Hovhannisyan “Azadlıq” radiosunun “Facebook”da keçirilən mətbuat konfransı zamanı bildirib.

Artsrun Hovhannisyan qeyd edib ki, indi kamera sistemləri vasitəsilə problemlər həll edilib.

“Hazırda müharibənin yenidən başlaması ehtimalı nə dərəcədə təhlükəlidir?”, - deyə verilən suala Artsrun Hovhannisyan belə cavab verib: “Hazırda bu sorğuya cəld şəkildə cavab vermək çətindir, əgər mənim 10 min patronum varsa, demək mən müharibə vaxtı pərakəndə atəş edə bilər və patronsuz qala bilərəm, mənə patron gətirən avtomobili isə artilleriya ilə vura bilərlər. Nə aprel döyüşləri dövründə, nə də 1990-cı illərdə patronsuz müharibəyə getməyiblər. Müharibə təhlükəsi həmişə var, bu statik bir təhlükədir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   İşğal   Müharibə  


Bizi "telegram"da izləyin