Kiber hücuma qarşı süni zəka

2019/01/QJ7LE-1548748181.jpg
Oxunub: 28922     11:47     29 Yanvar 2019    
ABŞ ordusu əsgərləri insan müdaxiləsi olmadan kiber hücumlardan qorumaq üçün tədqiqatlar aparır.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun Tədqiqat Mərkəzi açıqlama verib.

Açıqlamaya görə, süni zəkadan hərbçilərin taktiki şəbəkələri və kommunikasiyasını kiber hücumlardan qorumaq üçün necə istifadə edilə biləcəyi ilə bağlı işlər aparılır.

Tədqiqat sahələri arasında kiber həssaslıqların maşın öyrənməsi vasitəsilə müəyyən edilməsi, əvvəlcədən məlum olmayan virusların qeydə alınması və kiber hücumlara cavab verilməsi daxildir. Ordu tədqiqat işi tamamlandıqdan sonra nəticələrdən yalnız planlama və informasiya məqsədilə istifadə edəcəyini açıqlayıb.

Qeyd edək ki, ABŞ-da süni zəka araşdırmaları Pentaqonun kibertəhlükəsizlik sahəsinə daha çox investisiya ayırmasından sonra artmağa başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Süni-zəka  


Bizi "telegram"da izləyin