Monitorinq insidentsiz başa çatıb – FOTOLAR (YENİLƏNİB)
Oxunub: 32971
13:01
29 Yanvar 2019
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinq keçirilir.
Ordu.az-ın Qərb bürosunun məlumatına görə, qurumun rəsmiləri Tovuz rayon icra hakimiyyəti ilə görüşdən sonra monitorinq üçün Tovuz rayonunun Hacallı kəndi istiqamətində təmas xəttinə yola düşüblər.
Məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Saymon Tiller, Ermənistan tərəfindən isə şəxsi nümayəndənin səhra köməkçiləri Mixail Olaru, Oqnyen Yoviç və Martin Şuster tərəfindən həyata keçirilib.