“Azərbaycan heç vaxt bu yolla getməyəcək” – Sarkisyan

2019/01/14885-1548487954.jpg
Oxunub: 16662     11:31     26 Yanvar 2019    
“Qarabağın (qondarma qurum-red) nə vaxtsa danışıqlar tərəfi olacağına inam həddindən çox azdır”.

Ordu.az xəbər verir ki, bu barədə “Aysor.am” əməkdaşı ilə söhbəti zamanı beynəlxalq hüquq və beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Suren Sarkisyan Moskvada Nikol Paşinyanın qondarma qurumla bağlı bəyanatını şərh edərkən danışıb.

Onun sözlərinə görə, Azərbaycan dəfələrlə öz mövqeyini açıqlayıb və Ermənistan rəhbərliyindən başqa başqa bir kimləsə danışıqlar aparmağa hazırlaşmır.

“Nikol Paşinyan iddia edir ki, Qarabağ danışıqlar tərəfi olmalıdır. Lakin aydındır ki, Azərbaycan heç vaxt bu yolla getməyəcək. Azərbaycan təkid edir ki, Ermənistan hər iki tərəf əvəzinə danışıqlar aparmalıdır. Paşinyanın əsaslandırmaları qəbul olunan və ya qəbul olunmayan ola bilər. Ancaq mən hesab edirəm ki, Qarabağın nə vaxtsa danışıqlar tərəfi olacağına inam həddindən çox azdır”, - deyə politoloq qeyd edib.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan dövrünün sonlarından başlayaraq, Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsindən bugünədək Ermənistan təkidlə qondarma qurumun danışıqlar prosesinə cəlb edilməsini irəli sürür. Paşinyanın dünən Moskvada verdiyi açıqlamaları fonunda bir daha əmin olduq ki, Ermənistanın bu istiqamətdə heç bir siyasi xətti dəyişməyib və bu kimi təxribatçı bəyanatlar fonunda hamının tənqid etdiyi səssizliyinin əsl mahiyyətini aşkara çıxarır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin