“Bakı real nəticələri, İrəvan isə nəzəriyyələri təqdim edir” – Sergey Markov

2019/01/serge-1548480640.jpg
Oxunub: 23218     09:29     26 Yanvar 2019    
“Önümüzdəki günlərdə daha detallı, ayrıntılı danışıqların olacağına və ictimailəşdiriləcəyinə ümid edirik. Ən azı bəzi qarşılıqlı güzəşt tapıldığı və tərəflərin müqavilə imzalamağa hazır olduğu elan ediləcək”.

Ordu.az xəbər verir ki, bu barədə Davos iqtisadi forumu zamanı Azərbaycanın əldə etdiyi nailiyyətlər haqqında rus politoloq Sergey Markov “Moskva-Bakı” xəbər saytına müsahibəsi zamanı danışıb.

Bu il keçirilən forum Azərbaycan prezidenti ilə Ermənistan Baş naziri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğu bir saat yarım davam edən görüş baxımından maraqlı olub. Rus politoloqun fikrincə, bu cür forumlarda Azərbaycanın iştirakı çox vacibdir. Belə platformalarda öz uğurlarını nümayiş etdirmək və ölkənin nə baxımdan cəlbedici olduğunu təqdim etmək mümkündür. Cəlbedici məzmun baxımından Markov, Azərbaycanın coğrafi mövqeyini vurğulayıb və qeyd edib ki, bu coğrafi mövqe baxımından Azərbaycan beynəlxalq nəqliyyat keçidlərinin formalaşmasının iştirakçısına çevrilir.

Bu yerdə söhbət şimal-cənub nəqliyyat keçidi haqqındadır. Şimal-cənub nəqliyyat keçidi Cənubi Hindistandan başlayaraq, Şimali Avropayadək uzanmaqla İran, Azərbaycan və Rusiya ərazisindən keçir. Digər nəqliyyat dəhlizi şərq-qərb dəhlizidir. Azərbaycanın bu uğurları fonunda Markov qeyd edib ki, Ermənistanın yeni rəhbərliyi yalnız Ermənistanda iqtisadi inqilabdan danışıb və sərmayədarların axtarışı ilə məşğul olduğunu bildirib. Başqa sözlə cəlbedici baxımdan yanaşsaq, Bakı real nəticələri, İrəvan isə nəzəriyyələri təqdim edir.

Maraqlıdır ki, iqtisadi və demokratik faktorları misal gətirərən rusiyalı ekspert qeyd edib ki, Azərbaycan Qafqaz regionunda Ermənistan və Gürcüstana nisbətən daha güclü olduğuna görə lider dövlətə çevrilib. Paşinyan-Əliyev görüşünə gəldikdə isə Sergey Markov bildirib ki, Davos forumunda baş tutan görüş sırf klub görüşü deyil.

“Bu, Qarabağ münaqişəsinin nizamlanması gündəliyi ilə çox ciddi görüş idi. Hesab edirəm ki, Nikol Paşinyan və İlham Əliyev bir sıra prinsipial məsələlər ətrafında qarşılıqlı güzəştə nail olublar. Önümüzdəki günlərdə daha detallı, ayrıntılı danışıqların olacağına və ictimailəşdiriləcəyinə ümid edirik. Ən azı bəzi qarşılıqlı güzəşt tapıldığı və tərəflərin müqavilə imzalamağa hazır olduğu elan ediləcək. Hesab edirəm ki, bu sənədin əsasını Kazan prinsipləri təşkil edəcək. Məlumdur ki, yalnız yeni məqamların gətirilməsi ilə danışıqlara nail olmaq mümkün olub. Ermənistanda daxili siyasi dalğa dövrü başa çatıb. Ermənistan hakimiyyətini həddindən artıq vətənpərvərlik eyforiyasına əsir edən hakimiyyət və seçkilər naminə mübarizə artıq keçmişdə qalıb. Bütün bunlardan sonra Qarabağ məsələsi ilə danışıqlar aparılması mümkün olub”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Davos   Qarabağ  


Bizi "telegram"da izləyin