Erməni ekspert qorxur: "Hibrid müharibənin təsiri altına düşməməliyik"

2019/01/55278-1548416839.jpg
Oxunub: 23912     15:37     25 Yanvar 2019    
"Biz cəmiyyət olaraq müqavimətimizi artırmalı, hibrid müharibəsi təsiri altına düşməməliyik".

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanda İnsan resursları beynəlxalq inkişaf mərkəzinin rəhbəri Tevan Poğosyan ölkə rəhbərlərinin Davosda tutan görüşünü şərh edəkən bildirib.

O qeyd edib ki, Ermənistan görüşün baş tutduğu yerdə real maraqları başa düşməli və harda və ya necə bu amildən istifadə edə biləcəyini anlamalıdır.

"Nəhayət hər bir amilin erməni maraqlarına xidmət etməsini təmin etməyi öyrənməliyik. Mənim üçün Əliyevin davranışı çox gözlənilən və anlaşılmazdır. Burada məni, daha çox bizim nə etdiyimiz maraqlandırır. Biz cəmiyyət olaraq müqavimətimizi artırmalı, hibrid müharibəsi təsiri altına düşməməliyik", - deyə Poğosyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin