Ermənistan MN yezidi əsgəri simulyant adlandırdı: Tonoyanı prokurorluğa şikayət edəcəklər

2019/01/15227-1548419112.jpg
Oxunub: 13357     16:38     25 Yanvar 2019    
“Yezidi əsgərin vəkili müdafiə naziri Tonoyanın rəsmi fəaliyyətsizliyinə qarşı prokurorluğa şikayət edəcək”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi Armavir vilayətinin Crarat kənd sakini yezidi Yurik Broyanı simulyant hesab edir.

“Bu cür şəxslər hərbçinin ləyaqətini ləkələdiyinə görə Silahlı Qüvvələrdə onlara yer yoxdur”, - deyə Müdafiə Nazirliyinin mətbuat katibi əsgər haqqında fikirlərini bildirib.

Hərbi prokurorluğun 4-cü qarnizon istintaq idarəsində onunla bağlı 3 hadisə araşdırılır. Bunlar hərbi hissədə döymə, Kanaz psixatriyasında zorakılıq, həmçinin orada sağlamlığının kəskin pisləşməsinə səbəb olan dərmanların qəbul edilməsi hallarıdır.

Yurik artıq 4 aydır ki, danışmır, başı fasiləsiz olaraq silkələnir və böyük çətinliklə hərəkət edir. Yezidi əsgərin anası Marine Broyan bildirir ki, onun oğlunun irsi psixoloji xəstəliyi var. Ancaq oğlunun psixoloji və zehni problemlərini nəzərə almadan, mərkəzi hərbi tibbi komissiya keçən ilin avqust ayında onu hərbi xidmətə məhdudiyyətlə yararlı hesab etmişdir. Daha sonra o, işğal edilmiş Qarabağ ərazisindəki Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissəyə hərbi xidmətə göndərilib.

İki həftədən sonra əsgər, döyülmüş, əzilmiş, kəsilmiş damarla Ağdərə hospitalına yerləşdirilib. O, anasına izah edib ki, Ağdərədəki hərbi hissənin “Bab” ləqəbli tabor komandiri tərəfindən qəddarcasına döyülüb. Daha sonra Yurik bu hadisə barəsində jurnalistlərin “insan hüquqları naminə” təşkilatının vəkili Hayarpi Sarkisyana danışıb.

Bildirilir ki, erməni komandir uzaqdan Yuriki çağıraraq, siqareti yerə atıb və ona götürməsini əmr etsə də, Yurik götürməyib. Bu zaman, komandir yumruqla onun beyin nahiyəsinə zərbə endirib. Bu hadisə baş verərkən daha iki hərbi qulluqçu şahid olub. Başına zərbə aldıqdan sonra yerə yıxılan yezidi əsgərin başına ayaqla zərbələr endirilməsi davam edib.

“O, 5 gün pis münasibət göstərildikdən sonra 28 avqust tarixində Ağdərə hospitalına yerləşdirilib. Növbəti gün Xankəndindəki psixatriya xəstəxanasına aparmaqla ona müəyyən dərmanlar içiriblər. Döymə və psixatriya da yol verilən zorakılıq faktı ilə bağlı araşdırmalar aparılmalıdır. Zərərçəkən ağır vəziyyətdədir. Bütün istintaq tədbirləri təxira salınıb. Yezidi əsgərin xidməti psixatriya xəstəxanalarında və hospitallarda keçib”, - deyə vəkil bildirir.

Faktiki olaraq, o, 2018-ci ilin avqustun 11-də hərbi xidmətə çağırılıb və 23 avqustda döyülüb. Xankəndi psixatriya xəstəxanasından Yurik Broyan İrəvana “Kanaz” psixatriyasına köçürülüb. Yezidi əsgərin anası bildirib ki,oğlunu psixatriyada çox ağır vəziyyətdə görüb. Dekabrın sonlarında onun yenidən tibbi müayinədən keçirilməsi üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət olunub.

Ermənistan Müdafiə Nazirliyi yezidi qadına və onun oğluna qarşı laqeyd münasibət bəsləyib. Qadın müraciətlərinin heç birinə cavab ala bilməyib, lakin problemin yayımlanmasından sonra Müdafiə Nazirliyi əsgərin ləyaqətini alçaldan bəyanat yayaraq, onu simulyant adlandırıb.

“Kanaz” psixatriyasında qəbul etdiyi dərmanlardan sonra vəziyyətinin daha da pisləşdiyini bildirən yezidi əsgər ayaqlarını yerə sürtərək ağır addımlarla hərəkət edir. Başı daim sallanmış vəziyyətdə qalır, onun başını heç cür düzəltmək olmur və daim silkələnir. “Kanaz” hospitalında xəstənin iradəsinə zidd olaraq, ona iynələr vurulub.

Vəkil Hayarpi Sarkisyanın sözlərinə görə, hazırda Yurik Broyan hərbi polisin qəbuledici, bölüşdürücü məntəqəsində yerləşdirilib. Burada əsgərlər ona geyinməyə, qidalanmağa , yuyunmağa yardım edirlər, amma o tibbi müalicə almır.

Vəkil Tonoyana ərizə göndərdiyi və ərizəsində yezidi əsgərə baş çəkdiyi və onun vəziyyəti barədə məlumat verdiyini bildirib. O qeyd edib ki, erməni ordusunun xəstə əsgərinə ən azı ana qayğısı lazımdır. Vəkil onu da vurğulayıb ki, əgər Tonoyan hər hansı bir addım atmazsa, məcbur olaraq digər orqanlara onun fəaliyyətsizliyi barədə şikayət edəcək.

“Yurik Broyan köməksiz vəziyyətdədir və müvafiq tibb müəssisəsinə yerləşdirilməyib. Əgər o, Müdafiə Nazirliyinin dediyi kimi simulyantlıq edirsə, qoy Muratsan hərbi hospitalına yerləşdirsinlər. Ancaq əksinə belə olmadığı təsdiqlənərsə, buna kimi cavab verəcək”, - deyə vəkil sual edir.

Hazırda icraatı həyata keçirən müstəntiq onun ambulator psixi, tibbi məhkəmə və məhkəmə tibbi komissiyalarının kompleks yoxlama keçirməsi haqqında qərar qəbul edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin