Əgər ABŞ, nüvə silahını müasirləşdirmək və saxlamaq üçün bütün planlarını həyata keçirsə, gələcək onillikdə 494 milyard dollar dəyərində vəsait sərf etməli olacaq, yəni orta hesabla ildə təxminən 50 milyard dollardan bir az.
Ordu.az “Defensenews.com”a istinadən xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsi tərəfindən hazırlanmış yeni hesablamada qeyd olunub.
Hazırlanan iki illik qiymətləndirmənin bir hissəsi 2017-ci ildəki 400 milyard dollarlıq əvvəlki təxminlərindən 23 faiz artıq proqnoz verib. 2017-ci il rəqəmi 2015-ci ilə görə 15 faiz artıb.
Ümumilikdə, Pentaqon və Energetika Nazirliyi bu pulları aşağıdakı şəkildə sərf etməyə hazırlaşırlar:
- Strateji nüvə sistemləri, sualtı qayıqlar (bu müddət ərzində təxminən 107 milyard dollar), qitələrarası ballistik raketlər (61 milyard dollar) və uzaq mənzilli bombardmançılar da (49 milyard dollar, ikili istifadə edilən bombardmançı eskadriliyanın tam proqnoz qiymətindən az) daxil olmaqla 234 milyard dollar;
- Taktiki nüvə çatdırılma sistemləri və silahları üçün 15 milyard dollar;
- Energetika Nazirliyinin nüvə silahları laboratoriyaları və istehsal müəssisələri üçün 106 milyard dollar;
- Nüvə komandanlığı, nəzarət, əvəzetmə və erkən xəbərdarlıq sistemlərinə 77 milyard dollar.
Yerdə qalan 62 mlrd dollar isə 2019-2028-ci illər üçün proqramın nəzərdə tutulmayan əlavə xərcləri üçün ayrılıb.
İlkin Məmmədov
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Nüvə-silahları