Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Aleksandr İsgəndəryan erməni jurnalistlərlə görüşü zamanı Davosda baş tutan Paşinyan-Əliyev görüşünü şərh edərkən bildirib.
O, Qarabağ münaqişəsinin həll yolunda olduğunu hesab etmədiyini və bundan əlavə qarşıdakı illərdə də hər hansı bir həll yolunun tapılmasının mümkün olduğunu düşünmədiyini qeyd edib.
"Bir tərəfdən atəş açmaq, digər tərəfdən danışmaq yox ümumi söhbətə başlamaq üçün zəmin hazırlamaq lazımdır. Vəziyyət sakitləşməlidir ki, gələcəkdə real danışıqlar apara bilək. Serj Sarkisyan hər hansı şəkildə İlham Əliyevlə təmas qura bilirdi. Ona görə ki, o uzun müddət hakimiyyətin sükanında olub. Bu yalnız Əliyevlə yox, Putin və digər ölkə rəhbərləri ilə də baş tutan eyni haldır. İndi görürük ki, Paşinyan da eyni qaydada həmin istiqamətdə çalışır", - deyə o vurğulayıb
Alpər Mövludoğlu
Ordu.az