Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin sədri Ararat Mirzoyan İran İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Kazım Sacadi ilə görüşüb.
Görüşün qarşılıqlı anlaşma şəraitində keçdiyi qeyd olunsa da, böyük ehtimalla iranlı səfir “Mənim Adımım” fraksiyasının deputatı Hayk Koncoryanın parlamentdəki çıxışına görə ölkəsinin narahatlığını dilə gətirib.
Qeyd edək ki, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin Azərbaycana səfəri və verdiyi açıqlamalar fonunda, “Mənim Adımım” fraksiyasının deputatı Hayk Koncoryan erməni parlamentində çıxış edərək, Ermənistanın cənub sərhəddində avtoritar məzmunlu İranla qonşuluq etdiyini bildirmişdi.
Erməni ekspertlərin özləri də, İran-Ermənistan parlamentləri arasında hələ yaradılmamış əlaqələrin yeni pöhrələyən deputatın düşünülməmiş bəyanatı ilə xoşagəlməz hallarla üzləşdiyini etiraf edirdilər.
Alpər Mövludoğlu
Ordu.az