Ordu.az gürcü KİV-lərinə istinadən xəbər verir ki, bunu Stoltenberq özü Gürcüstanın yeni prezidenti Salom Zurabişvili ilə görüşdən sonrakı mətbuat konfransında deyib.
“Mən həmin zamanı həsrətlə gözləyirəm. Bilirəm ki, Gürcüstan gözəl və qonaqpərvər ölkədir. Səfərimin başlıca məqsədi NATO-nun Gürcüstan hökuməti ilə partnyorluğunu möhkəmləndirməkdir. Səfər çərçivəsində mən NATO- Gürcüstan birgə hərbi təlimlərinə də qatılacam. Ötürmək istədiyimiz ismarıc budur ki, əməkdaşlığımız daha güclü olur və bu həm Gürcüstan, həm də NATO üçün dəyərlidir”, - deyə Stoltenberq vurğulayıb.
O, NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcüstanın alyansın üzvü olacağını nəzərdə tutan qərarını xatırladaraq bu öhdəliyə sadiq qalındığını və həmin istiqamətdə çalışmaların davam etdiyini ifadə edib.
Ağalar Ağalarlı
Ordu.az