Paşinyan Moskvada kimlə görüşəcək? - Putindən rədd cavabı

2019/01/12470-1548311925.jpg
Oxunub: 24580     10:37     24 Yanvar 2019    
Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 25-də Moskvaya səfər edəcək.

Ordu.az "Avrasiya İqtisadi Birliyinin" mətbuat xidmətinə istinadən xəbər verir ki, Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin ofisində Ermənistanın sədrliyi ilə bağlı çıxış etmək üçün Moskvaya səfər edəcək.

Çərşənbə günü, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, səfər çərçivəsində Paşinyanla Putin arasında görüş planlaşdırılmayıb.

"Rusarminfo" saytının məlumatına görə, Paşinyanın Moskvada Dmitri Medvedev və digər vəzifəli şəxslərlə görüşü olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin